Ukrayna-Azərbaycan Parlament İşçi Qrupuna yeni azərbaycanlı sədr seçildi

Diaspora.az saytı Azadinform.az İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun iclasında qrupa yeni sədr seçilib. Bu əslən azərbaycanlı Nəsirov Roman Mikayıl oğludur. Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev Regional ofisinin rəhbəri Hikmət Cavadov məlumat verib.
H.Cavadov bildirib ki, Roman Nəsirov Ukrayna Ali Radasına Prezident Petro Poroşenkonun “Blok Petra Poroşenka” Partiyasından seçilib, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir: “Biz də çox istəyirdik ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupuna yeni sədr məhz o seçilsin. Hətta bununla bağlı Ukrayna Ali Radası sədrinə və deputatlarına müraciət də ünvanlamışdıq ki, seçim məsələsində diqqətli olsunlar. Çünki Roman Nəsirov gənc və perspektivlidir. Onun perspektivdə Ukrayna-Azərbaycan münasibətlərini daha da irəliyə aparacağına inanırıq. Düşünürük ki, ölkələrimiz arasında siyasi münasibətlərlə yanaşı, parlament diplomatiyası da uğurla inkişaf etməlidir”.
H.Cavadov bildirib ki, R.Nəsirov bir müddət əvvəl Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində olub və bundan sonra diaspor fəaliyyəti ilə yaxından məşğul olacağına söz verib.

13 Fevral 2015

By
@
backtotop