Avropa İttifaqının nümayəndələri Kiyevdə Azərbaycan diaspor rəhbəri ilə görüşüblər

APA-nın məlumatına görə Ukraynaya səfər etmiş Avropa İttifaqının (Aİ) nümayəndələri qurumun Kiyevdəki nümayəndəliyində ölkədə yaşayan azsaylı xalqların nümayəndələri ilə, o cümlədən azərbaycanlılarla görüşüblər.

Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, Aİ-nin milli ayrı seçkiliyə qarşı mübarizə üzrə şurasının rəhbəri Çaba Ferentsa Astaloş, Aİ-nin siyasi məsələlər və xarici siyasət üzrə nümayəndəsi Xuan Manuel və İnsan haqları üzrə nümayəndəsi Brüs Adamson UMA rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Milli İcmalar Konqresinin vitse-prezidenti İosif Zislels, Ukrayna Macarlar İttifaqının rəhbəri Mixail Tovt və Ukrayna-Çexiya Milli Şurasının sədri Lüdmila Muxina ilə görüşüblər. Görüşün məqsədi Ukraynada milli azlıqların hüquqi və praktiki aspektləri üzrə müzakirələr olub.

R.Tağıyev Aİ nümayəndələrinə bildirib ki, Ukrayna milli azlıqlara qarşı ən yüksək səviyyədə tolerantlıq nümayiş olunan Avropa ölkəsidir. O qeyd edib ki, Ukraynada təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda digər etnosların nümayəndələrinə qarşı etnik mənsubiyyətinə görə heç bir ayrı-seçklik yoxdur. R.Tağıyev nümayəndə heyətinə ölkədə yaranan vəziyyəti ilə bağlı məlumatların obyektiv şəkildə çatdırılmasına çağırıb və Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi ilə bağlı müsbət qərarın qəbul edilməsi ilə bağlı xahiş edib.

Görüşdə Lyüdmila Muxina, Mixail Tovt da təsdiq edib ki, Ukraynada tolerantlıq səviyyəsi kifayət qədər yüksəkdir və yeganə narahatlıq milli azlıqların dövlət təhsil ocaqlarında ana dilində tədris alması üçün büdcə tərəfindən məhdudiyyəti ilə bağlıdır. İosif Zisels Ukrayna ilə Aİ arasında vətəndaşlar üçün viza rejiminin liberallaşdırılmasının lehinə çıxış edib.

11 Fevral 2015

By
@
backtotop