Ankarada kəlbəcərli əsirlərlə bağlı aksiya keçirilib

Fevral ayının 4-də Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyə Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin birgə təşkilatçılığı ilə (ASİM-DER) Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi önündə etiraz aksiyası keçirilib. Aksiyada BDM sədri İsmayıl Ağayev, ASİM-DER başqanı Göksəl Gülbəy, Türkiyə millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay, Türkiyənin keçmiş naziri Sadi Somuncuoğlu, Azərbaycan Kültür Dərnəyi başqan yardımçısı İsa Yaşar Tezel, TADEF başqanı Aziz Kayqısız, İğdır Azərbaycan Evi Dərnək başqanı Sərdar Ünsal, QAT-ın Türkiyə təmsilçisi Cəfər Dal, Ankara-Azərbaycan Tələbələr Birliyi nümayəndəsi Zöhrab İsmayıllı, Ankarada oxuyan azərbaycanlı və türk tələbələr, sıravi vətəndaşlar və media nümayəndələri iştirak ediblər.

İlk öncə çıxış edən BDM sədri İsmayıl Ağayev ermənilər tərəfindən girov götürülmüş Diqləm Əsgərov və Şahbaz Quliyevə qarşı qondarma “məhkəmə” hökmünə beynəlxalq təşkilatların ikili standartla yanaşdığını bildirib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən, eyni zamanda azərbaycanlı girovlara qarşı qeyri-insani əməllərini qeyd edərək dünya birliyini işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Daha sonra çıxış edən ASİM-DER başqanı Göksəl Gülbəy bildirib ki, “Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı qardaşlarımıza qarşı qurulan “məhkəmə” prosesini və onun çıxardığı “hökmü” tanımırıq və girovların dərhal azad edilməsini tələb edirik. Qondarma “məhkəmənin” Ermənistanda deyil, məhz Qarabağda qurulması həm Azərbaycan, həm də Türkiyə dövlətinə göndərilən bir mesaj idi.

Onlar Qarabağı Ermənistan torpağı kimi qələmə verməyə çalışmışlar”. Aksiyada Türkiyə millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay da çıxış edərək, azərbaycanlı girovlara qondarma “məhkəmə” qurulmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, BMT-nin və digər beynəlxalq təşkilatların bu məsələyə ciddi yanaşmalı olduqlarını və bu məsələni Türkiyə Böyük Millət Məclisində də qaldıracaqlarını bildiriblər. Sonra çıxış edən Türkiyənin keçmiş naziri Sadi Somuncuoğlu, Azərbaycan Kültür Dərnəyi başqan yardımçısı İsa Yaşar Tezel, TADEF başqanı Aziz Kayqısız, İğdır Azərbaycan Evi Dərnək başqanı Sərdar Ünsal, QAT-ın Türkiyə təmsilçisi Cəfər Dal bildiriblər ki, “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməli, girovları dərhal azad etməlidir. Ermənistan dövləti türk xalqına qarşı yetərincə soyqırım törətmişdir. Girov götürülən bir vətəndaşa işgəncələr edərək öldürmək ən böyük savaş suçudur, bu qərarı alanlar və həyata keçirənlər cəzalandırılmalıdırlar”.

Sonda Ermənistanın girovları azad etməsi və ermənilərin girovlara qarşı həyata keçirdiyi işgəncələrin cəzalandırılması ilə bağlı qətnamə BMT-nin nümayəndəsinə təqdim edilib.

aksiya_ankara aksiya_ankara1 aksiya_ankara2 aksiya_ankara3

10 Fevral 2015

By
@
backtotop