Əhməd Şahidov Londonda keçirilən beynəlxalq konfransda azərbaycanlı əsir və girovlar barədə danışıb

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Aprelin 8-də Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Uniting for Peace Conference 2019” adlı beynəlxalq konfransda iştirak edib. Böyük Britaniya Parlamentinin üzvləri, müxtəlif siyasi partiya mənsubları, Britaniya mətbuatının nümayəndələri və ictimai-siyasi xadimlərinin qatıldığı toplantıda bəşəriyyəti narahat edən qlobal problemlərdən danışılıb, xırda və böyük münaqişələr, terrorizm və separatizm ilə mübarizə metodları barədə müzakirələr aparılıb.

“Münaqişələr və sülhə gedən yol” panelində çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov dünyadakı münaqişə ocaqları barədə məlumat verib, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən söz açıb, azərbaycanlı məcburi köçkünlər, habelə əsir və girovlarımız haqqında danışıb. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladan hüquq müdafiəçisi işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin dərhal azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin hələ də həyata keçirilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Dünyada sülhün bərqərar olması üçün Böyük Britaniyanın daha fəal və çevik siyasət yeritməli olduğunu deyən Əhməd Şahidov konfrans iştirakçılarını beynəlxalq terrorizmi və separatizmi pisləməyə çağırıb: “Mənim ölkəmin 10 milyon əhalisi var və Azərbaycanda hər 10 nəfərdən biri qaçqın həyatı yaşayır. Bugün bütün dünyanı narahat edən beynəlxalq terrorizm və separatizm hələ 1988-ci ildən bugünə qədər Azərbaycanı hədəfə almaqdadır. Ölkəmizin 20 faiz ərazisi işğal altındadır və 1 milyon qaçqınımız var. Bugün 3888 azərbaycanlı əsir, itkin düşmüş və girov götürülmüş sayılır. Onların həyatı barədə heç bir məlumatımız yoxdur. Bir hüquq müdafiəçisi kimi sizlərə müraciət edirəm ki, bizim haqq səsimizə səs verəsiniz və sülhə öz töhfənizi əsirgəməyəsiniz.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

08 Aprel 2019

By
@
backtotop