Baş konsul: “Türkiyə-Azərbaycan münasibətləri müasir dünyada bir çox ölkələrə örnək olacaq modeldir”

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin “Report”un Türkiyə bürosuna müsahibəsi:

– Cənab baş konsul, artıq üç ildir ki, İstanbuldasınız. Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycan və Türkiyə arasındakı qardaşlığın təzahürü olan strateji tərəfdaşlıq əlaqələri ortaq dəyərlərimizin tarixə söykənən möhkəm dayaqları üzərində inşa olunub. İki qardaş ölkə arasındakı münasibətlər, sadəcə, dövlətlərarası əlaqələrdən ibarət deyil. Eyni zamanda bu münasibətlər hər iki xalqın övladlarının bir-birinin naminə tökdüyü qanlar, verdiyi şəhidlərin fədakarlıq rəmzidir. Bu mənada bu gün Türkiyə-Azərbaycan münasibətləri müasir dünyanın xarici münasibətlər sistemində bir çox ölkələrə örnək olacaq bir modeldir.

Bu gün Türkiyə Azərbaycanı, eləcə də Azərbaycan da Türkiyəni müxtəlif istiqamətlərdə dəstəkləyir və hər iki ölkə mövcud sıx münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Bu iki qardaş ölkə arasındakı ticarətin həcmi gündən-günə artmaqdadır və Azərbaycan regional əhəmiyyət daşıyan strateji layihələrini Türkiyə ilə birgə həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın siyasi iradəsi nəticəsində ötən il TANAP və Bakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlaması, eyni zamanda Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılması, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə reallaşdırdığı nəhəng enerji layihələri, şübhəsiz ki, Azərbaycanın Türkiyəyə verdiyi önəmin bariz göstəricisidir. Bilirsiniz ki, Azərbaycan tarix boyu ən böyük investisiyasını Türkiyəyə edib. Bu da məhz ölkələrimiz arasındakı münasibətin səviyyəsindən xəbər verir.

Biz Azərbaycanın diplomatik təmsilçiliyi olaraq, sadəcə, Türkiyənin deyil, eyni zamanda dünyanın da gözü sayılan, Avropa və Asiyanın qovşağı olan İstanbul şəhərində fəaliyyətə başladığımız gündən etibarən Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə daşımağa çalışmışıq. Azərbaycan həqiqətlərinin İstanbulda və Baş Konsulluğun əhatə dairəsinə daxil olan digər bölgələrdə də təbliği üçün əlimizdən gələnin ən yaxşısını tam gücümüzlə etmişik və etməyə davam edirik. Ancaq dünya dəyişir, dünyanın şərtləri dəyişir. Biz çağdaş dünyanın çağırışlarına cavab vermək üçün təbliğatın yeni üsullarından istifadə etməliyik. Təbii ki, bu mənada biz burada yaşayan həmvətənlərimizlə birlikdə tez-tez bir araya gəlir, söhbətlər edir, müzakirələr aparırıq. Onların fikir və təkliflərini nəzərə alırıq. Baş Konsulluğun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin, xüsusilə də xarici siyasətimizin əsas istiqaməti sayılan Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsini Türkiyə ictimaiyyətinin gündəminə gətirməkdir. Şübhəsiz ki, bu istiqamətdə Türkiyənin mötəbər ictimai təşkilatları və nüfuzlu media qurumları ilə daimi əməkdaşlıq şəraitindəyik. Bu əməkdaşlıq mövsümi xarakter daşımır. Bu, bizim gündəlik işimizin tərkib hissəsidir. Bizim Azərbaycanla bağlı, mütəmadi olaraq, Türkiyənin qabaqcıl qəzet və jurnallarında məqalələrimiz dərc olunur, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olaraq, qazanılan uğurları təbliğ edən yazılarla bu media qurumlarının nəşrlərində yer alırıq. Eyni zamanda müxtəlif televiziya və xəbər agentliklərində bizim təşəbbüsümüzlə Azərbaycan mədəniyyətindən, adət-ənənələrindən və həqiqətlərindən bəhs edən çoxsaylı verilişlər, proqramlar yayımlanır. Təbii ki, işimiz, sadəcə, bu deyil. Zaman-zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə kölgə salmaq məqsədi güdən bəzi qüvvələrin mahiyyət etibarilə cılız sayıla biləcək əməllərinin şahidi olmuşuq. Baş Konsulluq olaraq, bu istiqamətdə bizim əsas işimiz bu cür əməllərin çevik şəkildə qarşısını almaqdır. Ancaq Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin sarsılmazlığını qəbul edə bilməyənlərin əməlləri istənilən halda iflasa məhkumdur.

– Ümumiyyətə, Türkiyədə yaşayan həmvətənlərimiz Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna daha çox nə ilə bağlı müraciət edirlər?

– Biz İstanbula gələrkən qarşımıza qoyduğumuz məqsəd bu məkanı azərbaycanlıların və Azərbaycanı sevən hər kəsin evinə çevirmək missiyasını yerinə yetirmək idi. Düşünürəm ki, biz buna nail ola bilmişik. Zənnimcə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun üç ildəki fəaliyyətini qənaətbəxş saymaq olar. Çünki bu üç ildə bizə edilən heç bir müraciəti cavabsız qoymamağa çalışmışıq. Bizim qaynar xəttimiz fəaliyyət göstərir, müasir dünyanın tələblərinə uğun olaraq, sosial şəbəkə hesablarımız vasitəsilə Baş Konsulluğa daxil olan müraciətlərə çox qısa zaman ərzində cavab verilir. Əməkdaşlarımız vətəndaşlarımıza yalnız ayaqüstü qəbullarda deyil, sosial şəbəkələrdə də konsultativ xidmətlər göstərir, məlumatlar verir. Baş Konsulluğa vətəndaşlar, sadəcə, pasport və ya hansısa sənədlə bağlı müraciət etmirlər.

Bu gün İstanbulun bir sıra həbsxanalarında məhkum olunmuş vətəndaşlarımız cəza çəkir. Baş Konsulluğun əməkdaşları daima onları diqqətdə saxlayır, problemləri ilə maraqlanırlar. Bizim vəzifəmiz Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasını təmin etmək, onların qarşılaşdığı hər hansı hüquq pozuntusuna anında müdaxilə etmək, eyni zamanda ölkəmizin buradakı müsbət nüfuzunu daha da artırmaqdır. Əslində, bizə, sadəcə, Azərbaycan vətəndaşları deyil, Türkiyə vətəndaşları da müraciət edirlər. Ölkəmizi ziyarət etmək üçün onlara lazım olan köməklik edilir, müvafiq sənədləşmə əməliyyatları həyata keçirilir.

– Bəs Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yerli bələdiyyələrlə fəal işləyirmi?

– Bəli, Türkiyənin dövlət qurumları ilə də yaxından əməkdaşlıq edirik. İstanbul valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsi başda olmaqla, yerli bələdiyyələrlə sıx təmasdayıq. Artıq üçillik fəaliyyətimizin nəticəsi olaraq, Türkiyənin bir sıra bələdiyyələrinin ərazilərində bizim təşəbbüsümüz və onların öz imkanları hesabına “Azərbaycan”, “Qarabağ” və “Xocalı” parkları salınır və bu ənənə davam etməkdədir. Bunlar çox mühüm addımlardır, tarixdir. Çünki biz buradan gedəcəyik. Heç kim burada daimi deyil, ancaq həmin abidələr, parklar oradan keçən Türkiyənin hər bir vətəndaşına qardaş Azərbaycanı xatırladacaq. Düşünürəm ki, Azərbaycanla bağlı abidələrin və parkların olduğu hər bir yer kiçik Azərbaycandır. Bu ölkədə müvəqqəti deyil, silinməyəcək izlər qoyaraq fəaliyyətimizi davam etdirməyə çalışırıq. Ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamını rəhbər tutaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məhz bələdiyyələrlə sıx əməkdaşlığımız sayəsində nəhəng layihələr həyata keçirdik. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra onun əsasını qoyan böyük şəxsiyyətlərimizin üz tutduğu ikinci vətənləri Türkiyə olub. Onlar azadlıq uğrunda mübarizələrini burada davam etdirib və İstanbulda vəfat ediblər. İstanbulun Feriköy səmtində yerləşən məzarlıqda həmin dövrün 30-dan çox fəal siyasətçisinin məzarı mövcuddur. Onlardan bəzilərinin doğmaları, yaxınları yaşasa da, bəziləri kimsəsizliyə məhkum olunub. Elə bu səbəbdən də məzarların çoxu baxımsız vəziyyətdə idi. Biz həmin məzarları bərpa etdik və məzarlığın girişində orada yatan şəxsiyyətlərin adlarının yazıldığı çox böyük bir abidə ucaltdıq. Bundan başqa, bizim təşəbbüsümüzlə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “20 Türk Lirəsi” xatirə gümüş pul sikkəsi buraxıldı. Eyni zamanda Asiya və Avropa qitələrini birləşdirən İstanbulun ən tanınmış körpüsü, ilk dəfə olaraq, dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. Biz İstanbulun ən böyük metro qovşağında Cümhuriyyətimizin 100 illiyinə, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr olumuş sərgilər açdıq və bunu davam etdirəcəyik. Bununla yanaşı, ötən il Beşiktaş bələdiyyəsi ilə birlikdə Beşiktaş rayonunun Fulya səmtindəki “Azərbaycan” parkını abadlaşdırdıq və yenidən istifadəyə açdıq. Həmçinin Bəyoğlu Bələdiyyəsinin dəstəyi ilə şəhərin döyünən ürəyi, mərkəzi hesab olunan Taksim səmtindəki İstiqlal prospektində I Dünya müharibəsi illərində 20 yaşında Naxçıvandan ailəsi ilə İstanbula köçən azərbaycanlı rəssam Rəhman Səfiyevin (Türkiyədə təxəllüsü İbrahim Safidir) adını onun yaşadığı küçədə əbədiləşdirdik. Bunlar çox böyük işlərdir. Ancaq bununla belə, həyata keçirməyə çalışdığımız çox böyük layihələrimiz var. Düşünürəm ki, görülən bütün işlər Azərbaycan və Türkiyə qardaşlığına, dostluğuna verilən dəyər və töhfədir.

– Bu gün Türkiyədə təhsil alan kifayət qədər azərbaycanlı tələbə var. Onlarla koordinasiyanı necə qurmusunuz və birgə hansı layihələri reallaşdırırsınız?

– Hazırda Türkiyədə təhsil alan 17 min azərbaycanlı tələbənin, təxminən, 8 minə yaxını İstanbuldadır. Bu, çox böyük rəqəmdir və böyük güc deməkdir. Onlar Türkiyədə Azərbaycan gəncliyinin aynasıdır. Biz hər zaman onları diqqətdə saxlamağa çalışırıq. Bu gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğu azərbaycanlı tələbələrin evidir. Onlar konsulluqla sıx əməkdaşlıq edirlər. Baş Konsulluq olaraq, onların təşkil etdikləri tədbirlərə dəstək verir, onları tək qoymamağa çalışırıq. Mən və konsulluğumuzun diplomatları təşkil olunan bütün tədbirlərdə iştirak edirik, Azərbaycan dövlətinin dəstəyini onlara çatdırırıq. Biz onları təşkil etdikləri tədbirlərdə ehtiyacları olan əyani vasitələrlərlə təmin edirik, eyni zamanda onların qarşılaşdığı problemlərin həllinə bütün köməkliyimizi göstərməyə çalışırıq. Bu illər ərzində İstanbulun ən qabaqcıl ali təhsil müəssisələri – İstanbul Univeristeti, Marmara Universiteti, Yeditepe Universiteti, Yıldıztexnik Universiteti, İstanbul Aydın Univeristeti və digərlərinin rektorları ilə görüşlərimiz olub. Ümumiyyətlə, tələbələrimizin təhsil aldığı bütün ali məktəblərlə sıx əməkdaşlıq edirik. Bu görüşlərdə məqsədimiz həmin universitetlərdə təhsil alan azərbaycanlı tələbələrə dövlət dəstəyini, qayğısını ifadə etmək, eyni zamanda onların qarşılaşdığı bütün problemlərin həllində yanlarında olduğumuzu göstərməktir. Bunun nəticəsidir ki, İstanbulda bir çox univeristetlərdə tələbələrimizin təşkilatları yaranmağa başlayıb. Bu, çox mühim və müsbət haldır. Əgər bu gün həmin ali məktəblərin rəhbərlikləri tələbələrimizin aktiv fəaliyyətinə dəstək verirsə, əməyimizin bəhrə verdiyini düşünürəm. Biz tələbələrimizin imkanlarından, gücündən, potensialından Azərbaycan həqiqətlərinin təbliği işində müsbət mənada istifadə etməyə, faydalanmağa çalışırıq. Bilirsiniz ki, Azərbaycan diasporunun mobil, ən dinamik hissəsini gənclər təşkil edir. Belə olan halda, onları daima diqqətdə saxlayır, qarşılaşdığı problemlərin həllinə çalışır, eyni zamanda onların təşəbbüslərinə dəstək verməklə Türkiyə ictimaiyyəti ilə əlaqə qura bilirik. Bu istiqamətdə işlərimiz çoxdur, təbliğatı müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçiririk. Türkiyədəki gənclərimizlə birlikdə reallaşdırdığımız tədbirlərimiz, sadəcə, Azərbaycanın anım günlərindən ibarət deyil, eyni zamanda ölkə mədəniyyətinin, incəsənətinin, musiqisinin gənclərimiz arasında da aşılanmasını mənəvi borc bilirik. Həmvətənlərimizdən Baş Konsulluğa daxil olan bütün təklifləri, təşəbbüsləri və müraciətləri dəyərləndiririk. Bununla da işimizi bitmiş hesab etmirik. Dünya dəyişir, qloballaşır. Prezident İlham Əliyevin Azərbaycan diplomatlarının qarşısında qoyduğu ümdə vəzifə və tapşırıqların tam və səmərəli şəkildə icra olunması istiqamətində müasir dövrün informasiya və təbliğat üsullarından istifadə etməklə ölkəmizin müvafiq xarici siyasət kursunun uğurlu şəkildə həyata keçirilməsinə tam gücümüzlə çalışırıq.

– Hazırda İstanbulda qeydiyyatsız yaşayan xeyli sayda həmvətənimiz var. Baş Konsulluq olaraq, bununla bağlı hansı addımları atırsınız? 

– Bəli, Türkiyədə minlərlə azərbaycanlı uzun müddətdir ki, heç bir sənədləri olmadan yaşıyır. Onlar müxtəlif illərdə bu ölkəyə gəliblər və daha çox məskunlaşdıqlar yer də İstanbuldur. Soydaşlarımızın bu ölkədə qeydiyyatsız yaşaması onların nikaha daxil olmasında, övladlarının təhsil almasında ciddi problemlər yaradır. Onlar Türkiyənin bir sıra qurumlarında məhz bu səbəbdən müəyyən məhdudiyyətlərlə üzləşirlər. Artıq bu problemin də həllini tapmaq üzrə olduğunu deyə bilərik. Belə ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Miqrasiya Xidməti tərəfindən bu vətəndaşlarımızın qeydiyyatı aparılır. Baş Konsulluq problemin həlli üçün gücləndirilmiş iş rejmində çalışır, həftəiçi hər gün səhər saat 09:00-dan 13:00-a qədər sənədlərin qəbulunu, saat 15:00-17:00 arasında isə sənədlərin təhvilini həyata keçirir. Bununla bağlı konsulluğun rəsmi saytında ətraflı məlumatlar da yerləşdirilib və mütəmadi olaraq, yenilənir. İnanırıq ki, yaxın gələcəkdə bu problem tamamilə həllini tapacaq.

– Cənab baş konsul, İstanbulda fəaliyyət göstərən Azərbaycan Diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, Türkiyə dedikdə Azərbaycan, Azərbaycan dedikdə isə Türkiyə ağıla gəlməlidir. Dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün beynəlxalq tədbirlərdə bu bərabərliyi, birliyi hər çıxışlarında ifadə edirlər. Yəni Türkiyədəki diaspor fəaliyyətimizdə tək məqsəd dünyaya səslənməkdir. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün İstanbulun çox əlverişli bir yer olduğunu düşünürəm. Təbii ki, İstanbulda fəaliyyət göstərən diaspor təşkilatlarımızın bu ölkədə Azərbaycan həqiqətlərinin çatdırılması işində böyük xidmətləri var. Dərnəklər, vəqflər, qeyri-hökumət təşkilatları və s. mən heç kimin əməyini kiçiltmək istəmirəm. Uzun illərdir onlar burada çalışırlar. Ancaq hər zaman onlarla görüşlərimizdə, söhbətlərimizdə tövsiyyə etdiyim bir məqam var ki, ölkəmizlə bağlı həqiqətləri həmvətənlərimizə danışıb özümüzü özümüzə ifadə etmək tərzindən bir qədər çıxmalıyıq. Biz tədbirlərimizə Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələrinin qatılmasına, onun aparıcı türk mediasında işıqlandırılmasına çalışmalıyıq. Eyni zamanda biz təbliğat sahəsi üzrə uzun-uzadı konfransları daha təsirli, lakonik və nəticəyönümlü etməyə çalışmalıyıq. Kimsə məni səhv başa düşməsin. Əlbəttə ki, debatlar və konsfranslar vacibdir. Ancaq fərqli, yenilikçi təbliğat vasitələrindən də faydalanmaq zəruridir. Bu, mənim və ya digərinin şəxsi düşüncəsi deyil, çağdaş dünyanın diqtə etdiyi tələbdir. Hesab edirəm ki, Türkiyədəki diasporumuz güclü potensiala sahibdir. Sadəcə, keyfiyyətin yüksəldilməsi üçün səy göstərməliyik. Bilirsiniz ki, İstanbulda dünyanın qabaqcıl media orqanlarının rəsmi təmsilçilikləri fəaliyyət göstərir. Biz onların imkanlarından faydalanmalıyıq. Xarici jurnalistləri tədbirlərə dəvət edib onlarla Azərbaycan həqiqətlərini bölüşməliyik. Bu yolla onlar da təmsil etdikləri media qurumları vasitəsilə bizim səsimizi dünyaya çatdırsınlar. Biz Baş Konsulluğun keçirdiyi bütün tədbirlərə həmin jurnalistləri dəvət edirik. Onlarla görüşlər keçiririk, fikir mübadiləsi aparırıq. Hətta müəyyən proqramlar çərçivəsində onların ölkəmizə səfər etməsinə də köməklik göstəririk. Ancaq bu şəkildə biz səsimizi qardaş ölkədən dünyaya çatdıra bilərik. Ötən illərlə müqayisədə bu işin hər il daha da gücləndiyini görürük və bu, bizi sevindirir.

– Siz eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) yanında daimi nümayəndəsisiniz. Bu təşkilat çərçivəsində Azərbaycanın mövqeyi və fəaliyyətini necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə, ikitərəfli münasibətlərdən fərqli olaraq, çoxtərəfli diplomatiyanın özünəməxsus xüsusiyyətləri var. Daimi nümayəndəlik olaraq, bizim vəzifəmiz təşkilat çərçivəsində ölkəmizin maraqlarını tam şəkildə qorumaq və təmin etməkdir. Bir qayda olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə formalaşdırılan vahid mövqenin müdafiəsi tərəfimizdən uğurla həyata keçirilməkdədir və bu istiqamətdəki fəaliyyətimiz bundan sonra da davam etdiriləcək. Təşkilata üzv olan 12 ölkənin hər birinin müxtəlif məsələlərdə maraqlarının təmin olunması, sözsüz ki, o qədər də asan iş sayıla bilməz. Danışıqlar və diplomatiya da məhz bunun üçündür. Son üç ildə təşkilatda ölkəmizin maraqlarının tam şəkildə təmin olunduğunu, mövqeyimizin isə konstruktiv olduğunu əminliklə deyə bilərəm.

Məhz ötən ilin iyul-dekabr ayları arasında təşkilatda sədrlik səlahiyyətini ölkəmiz həyata keçirib. 6 ay davam edən sədrlik dövrümüzü uğurlu hesab etmək olar və bunu təşkilatdakı tərəfdaşlarımızın bəyanatlarında da müşahidə etmək mümkündür. Belə ki, sədrlik müddətimiz ərzində uzun zamandan bəri həllini gözləyən təşkilatın islahatlar prosesinə yönəlik bir sıra məsələlərin həllinə məhz ölkəmizin sədrliyi dövründə nail olunub. Türkiyə ilə sıx münasibətlərimiz və qarşılıqlı dəstəyimiz digər beynəlxalq təşkilatlar çərçivəsində olduğu kimi, QDİƏT-də də mövcuddur. Ölkəmiz təşkilatın müxtəlif sahələr üzrə İşçi qrup iclaslarında müvafiq əməkdaşlıq təklifləri irəli sürməklə yanaşı, təşkilatın ümumi işinə töhfə verən ən fəal üzv ölkələrdən sayılır.

Vüsalə Abbasova 

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Mart 2019

By
@
backtotop