Ötən il Azərbaycan 96 əcnəbinin adını “qara siyahı”ya salıb

Ötən il ərzində Azərbaycan Respublikasının xəbərdarlığına məhəl qoymadan işğal edilmiş ərazilərə qanunsuz səfər edən 96 xarici ölkə vətəndaşının adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

”Report”un xəbərinə görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, həmin şəxslərin ölkəyə girişinə qadağa qoyulub və onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlər görülüb.

Görülən işlər nəticəsində bir sıra xarici vətəndaşlar Azərbaycan tərəfinə müraciət edərək işğal edilmiş ərazilərə səfər etdiyinə görə üzrxahlıq istəyib. Eyni zamanda Azərbaycanın suverenliyi və ölkəmizin qanunvericiliynə bələd olmadığını bildirərək adlarının Xarici İşlər Nazirliyinin tərtib etdiyi siyahıdan çıxarılmasını və ya daxil edilməməsini xahiş ediblər. Ümumilikdə, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2018-ci illər ərzində 40 şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Mart 2019

By
@
backtotop