İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib

İstanbulda Mehmet Fatih Sultan Vakıf Universiteti və Azərbaycan İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, anım mərasimində əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İyirmi yeddi il əvvəl Xocalıda insanlıq dramının yaşandığını bildirən Azərbaycan İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazlı bu faciənin yalnız azərbaycanlılara deyil, bütün türk millətinə, insanlığa qarşı işlənən cinayət olduğunu bildirib. Qeyd edilib ki, bir şəhərdə bir gecənin içərisində 63 uşağın öldürülməsi dəhşətverici faktdır.

F.Şahbazlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu soyqırımı aktının dünyaya çatdırılmasında böyük rol oynadığını bildirib. Qeyd edilib ki, artıq 8 ildir Azərbaycan İslahatçı Gənclər İctimai Birliyi tərəfindən bu kampaniya çərçivəsində bir çox tədbirlər keçirilir.

Xocalı soyqırımının XX əsrin faciəsi olduğunu qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bu faciəni bu gün unutdurmaq istəyən güclərin olduğunu və türk millətinin bu dəhşətli hadisəni unutmayacağını və unudulmasına da imkan verməyəcəyini bildirib. O, fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli qətliam barədə danışıb, bununla bağlı faktların bir çox nəşrlərdə yer aldığını xatırladıb. Qeyd edilib ki, ermənilər beynəlxalq hüququn normalarına məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etmək gücünə malik olduğunu bildirən Ş.Ayrım “biz türk milləti olaraq bu münaqişənin sülh yolu ilə həllinin tərəfdaşıyıq” deyə vurğulayıb.

Xocalı soyqırımının 27-ci ildönümündə hələ də dünya ictimaiyyətinin bu insanlıq cinayətinə lazimi hüquqi qiymət vermədiyini deyən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq platformalarda Türkiyə və Azərbaycanın birlikdə hərəkət etdiyini söyləyib. Beynəlxalq hüququn təməl prinsiplərinə ikili standartlardan yanaşıldığını təəssüflə vurğulayan hüquq müdafiəçisi Xocalı soyqırımı canilərinin ədalət qarşısında cavab verəcəyini və bunun üçün bütün səyləri birləşdirməyin zəruriliyini qeyd edib.

Bu gün Ermənistanın inkişafının Qarabağ probleminin ədalətli həllinə bağlı olduğunu qeyd edən Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev Azərbaycan torpaqlarının sülh yolu ilə geri qaytarıldığı təqdirdə Ermənistanın iqtisadi, sosial, siyasi baxımdan inkişafa nail ola biləcəyini vurğulayıb. O, Xocalı faciəsi, insanlara qarşı törədilən bu cinayət haqqında danışmağın çox ağır olduğunu bildirib.

Xocalı faciəsinin insanlığa qarşı qətliam olduğunu bildirən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən əhalisi azərbaycanlılardan ibarət olan Xocalı şəhərinin bir gecənin içərisində darmadağın edildiyini xatırladıb. Bildirilib ki, həmin gün Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikası, mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alıb. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan ediblər. Şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 487 nəfər şikəst oldu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Bu faciə zamanı insanlar amansızcasına yandırılaraq, gözləri çıxarılaraq öldürülüb. Xocalı soyqırımını ermənilər planlı şəkildə və qəddarlıqla həyata keçiriblər.

Digər çıxış edənlər də Xocalı faciəsinin, bütün dünyanın gözü önündə törədilmiş bu soyqırımının insanlığa qarşı cinayət olduğunu vurğulayıblar.

Anım mərasimində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyasının” üzvləri tərəfindən Xocalı soyqırımını əks etdirən musiqi nömrələri ifa edilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mövzu
Oxşar xəbərlər

İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib

23 Fevral 2019

By
@
backtotop