Gürcüstanda erməni separatçının büstünün qoyulmasına qarşı etiraz aksiyaları ilə bağlı maraqlı təfərrüatlar məlum olub

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyasının təşkili ilə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.

“Report”un məlumatına görə, aydın olub ki, aksiyanın təşkilatçılarından biri, Gürcüstan cəmiyyətinin azərbaycanlı gənc fəalı, Azərbaycanın Diaspor Gənclərinin I Yay Düşərgəsinin fəal nümayəndəsi Sevinc Hümbətovadır.

O, 2018-ci ildə Azərbaycanın Şəki rayonunda təşkil olunan Diaspor Gənclərinin I Yay Düşərgəsi çərçivəsində keçirilən, dünya azərbaycanlıları arasında geniş əks-səda verən bütün tədbirlərin fəal üzvü olub. Məhz onun da sayəsində yüzlərlə gürcü və azərbaycanlılardan ibarət gənclər Gürcüstan parlamentinin qarşısına axışaraq separatçının büstünün götürülməsini tələb ediblər.

Qeyd edək ki, fevralın 8-də Tbilisidə parlamentin qarşısında gürcü və azərbaycanlılardan ibarət ölkə vətəndaşları Marneuli rayonunda erməni separatçıya büstün qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçiriblər.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

17 Fevral 2019

By
@
backtotop