Azərbaycanlı gənclər Tbilisidə gürcü dilində tamaşa təqdim edib

Tbilisidə Akaki Xorava adına Aktyorlar Evində yerli azərbaycanlı gənclərin yaratdığı “Era” teatrının təqdimatında “Bu yolun son dayanacağı” adlı tamaşanümayiş etdirilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, gürcü dilində olan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur.

Tamaşa “Yaşılay Cəmiyyəti”nin “Gürcüstanda zərərli vərdişlərə qarşı sənət vasitəsi ilə maarifləndirilmə və təbliğat” layihəsi çərçivəsində hazırlanıb.

Nümayişdən öncə çıxış edən təşkilat sədri Zviad Koçalidze bildirib ki, tamaşanın hazırlanmasında əsas məqsəd insanlar arasında yayılmış zərərli vərdişlərə qarşı əks-təbliğat aparmaqdır:

“Era” teatrı ilə əməkdaşlıqdan çox məmnun qaldıq. Kollektivi təbrik edirəm. Tamaşa azərbaycanlıların sıx yaşadığı Dmanisi, Bolnisi və Qardabani rayonlarında da Azərbaycan dilində nümayiş etdiriləcək”.

Səhnə əsərində rolları Rabil İsmayılov, Mandar Sərdarov, Ləman MəmmədovaSali Ömərovacanlandırıblar.

Tamaşa narkotik aludəçisi olan Laşa adlı gəncin həyatından bəhs edir. Yaxınlarının onu təhlükəli vərdişdən xilas etmək üçün göstərdikləri səylərə baxmayaraq, narkotik vasitələrdən asılılıq gəncin həyatına son qoyur.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə təqdim olunan tamaşanı azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr izləyiblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayiş çərçivəsində insanlar arasında zərərli vərdişlərin törətdiyi təhlükələri özündə əks etdirən karikaturalar da sərgilənib.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

24 Yanvar 2019

By
@
backtotop