Londonda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Böyük Britaniyada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

“Report”un Böyük Britaniya bürosunun məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

“Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən səfir Tahir Tağızadə 20 yanvarın qürur hissləri ilə yada salındığını bildirib. “Bu xalqımızın istiqlaliyyətə doğru atdığı bir addım idi və şəhidlərimiz olmadan Azərbaycan müstəqilliyini bərpa etmək çox çətin olardı. Həmin illərdə, bir çox sovet ölkəsində oxşar hadisələr baş verib, lakin bunlardan ən qanlısı demək olar ki, məhz Bakıda həyata keçirilib. Lakin bunu planlayanlar, törədənlər öz məqsədlərinə çata bilmədilər və xalqımız öz azadlığını və müstəqilliyini qurbanlar bahasına geri almağa nail oldu”,- T.Tağızadə şəhidlərin heç bir zaman unudulmayacağını qeyd edib.

Tədbirdə daha sonra Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri Nigar Maksvell çıxış edərək 20 Yanvar faciəsi haqqında öz xatirlərini, fikirlərini bölüşüblər.

Daha sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Azərbaycanın istedadlı tarzənlərindən olan Rafiq Rüstəmovun ifasında həzin Azərbaycan musiqisi səsləndirilib, ehsan süfrəsi açılıb.

Aytən Abbaslı 

Mövzu
Oxşar xəbərlər

Londonda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

20 Yanvar 2019

By
@
backtotop