“Azərbaycan ABŞ-la dostluq münasibətlərin pozulmamasına çalışır”

Azay Quliyev: “Ancaq qarşı tərəfdən də səmimi münasibәt olmalıdır”

Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “ABŞ-da insan hüquqlarının vəziyyəti: Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilib. Tədbirdə son vaxtlar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumların Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış etdiyini diqqətə çatdıran QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, bununla da həmin qurumlar iki ölkə arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar: “Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı Şuraya müraciətlər daxil olub. Həmin narahatçılığı nəzərə alaraq qərara alındı ki, Şura belə dinləmə keçirsin. ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək ki, cəmiyyət məsələnin əsil mahiyyətindən agah olsun. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Cəmiyyətə də aydın olsun ki, əgər, Amerikada Quantanamo həbsxanası fəaliyyət göstərirsə, Ferqüssonda insan haqları pozulursa, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?” Şura sədri əlavə edib ki, Azərbaycan ABŞ-la strateji müttəfiqdir və strateji tərəfdaş kimi bütün öhdəliklərini yerinə yetirib: “Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz olmadı. ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir?” Şura sədri bildirib ki, ABŞ-ın beyin mərkəzləri keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar: “Kozlariç, Kramer kimi keçmiş diplomatlar Azərbaycana qarşı açıq şəkildə çağırışlar edirlər. Əslində isə onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər”. A. Quliyev diqqətə çatdırıb ki, dünyada baş verən siyasi proseslərə baxmayaraq Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməklə heç bir bloka qoşulmayıb və dövlətin siyasəti müstəqilliyin qorunmasına, milli maraqların təmin olunmasına yönəlib.

Millət vəkili Zahid Oruc deyib ki, ABŞ-in xeyli dövlətçilik tarixinin olmasına baxmayaraq hələ bu ölkədə milli, dini, etnik zəmində problemlər qalmaqdadır: “Bu dövlətdə qaradərililərə ögey münasibət hələ də özünü büruzə verməkdədir. Belə ki, ABŞ-da qaradərililər yalnız 1968-ci ildə səsvermə hüququ əldə ediblər. Onun sözlərinə görə, ABŞ-da əhalinin 13 faizini qaradərililər təşkil edir və onların sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağıdır: “Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb. ABŞ daxilində son illər silah satışı artıb, bu, özünüqoruma instinktindən irəli gəlir”. Z. Oruc qeyd edib ki, ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərlərində yaşamaqdadır: “Müsəlmanları ekstremizm və terrorla eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlüklə həll etsin”.

ABŞ-ın dövlətçilik tarixinə ekskursiya edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu, lakin bu ölkənin bir sıra QHT və insan hüquqları mərkəzinin Azərbaycanı özlərinə əsas hədəf seçdiyini söyləyib: “Azərbaycanın bu ölkə ilə strateji müttəfiq olmasına baxmayaraq ABŞ-dakı insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar ölkəmizə qarşı qərəzli fikirlər söyləməkdə davam edirlər. ABŞ-da hər şey mütləq ideal olmayıb. 2014-cü ildə orada jurnalistlərlə bağlı baş verən hadisələrə göz yumulduğu halda, Azərbaycanda jurnalistin hər hansı məsələ ilə bağlı polisə çağrılmasına dərhal reaksiya verilir. Baxmayaraq ki, ABŞ-da jurnalistlərin istifadə etdikləri müasir İKT vasitələri və şəxsi həyatları xüsusi xidmət orqanlarının nəzarəti altındadır”.

Amerikada leqal korrupsiyanın hökm sürdüyünü diqqətə çatdıran politoloq Elman Nәsirov ABŞ prezidentinin özünü tamamilә korrupsiya siyasәtinә uyğun apardığını vurğulayıb: “2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 550-700 min dollar məbləğində maliyyə yardımı göstərmək lazım gəlib. ABŞ siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir”.

1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada yeganə fövqəlgücə çevrildiyini qeyd edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, bundan sonra ölkədə başgicəllənməsi baş verdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə olmadı. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular. O, ABŞ-ın 45 ölkəyə hərbi müdaxilә etdiyini xatırladıb: “ABŞ “Yumşaq siyasət” vasitəsilə dövlətlərin daxili siyasətinə təsir etmək istəyir. Yəni, ölkələrin vətəndaş cəmiyyətləri və KİV nümayəndələrini ələ almaqla təşkilatlar yaradır. Məqsəd isə ABŞ siyasətinin həmin ölkələrdə dəstəklənməsidir. “Rəngli inqilablar” mümkün olmadıqda isə birbaşa hərbi müdaxilə siyasəti yürüdülür. Belə ki, ABŞ təfəfindən 1945-ci ildən bu vaxta qədər 40-dan artıq ölkəyə hərbi müdaxilə edilib. BMT-nin Qaçqınlar üzrә Ali Komissarlığının hesabatına әsasәn 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxilәsi nәticəsindә formalaşıb”. F. Mәmmәdovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişәsinin hәllindә ikili yanaşma sәrgilәyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndәrib, ATӘT-in Minsk Qrupuna tәcrübәsiz diplomatları həmsədr təyin edib, 907-ci Düzәlişi lәğv etmәyib.

Millәt vәkili Musa Qasımlı qeyd edib ki, ikili standart siyasəti ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür. Belə ki, ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman edib: “Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana rəğbətin səbәbi nədir? Ermənistan Azərbaycana qarşı 32 dəfə terror aktı törədib, Azərbaycanın torpaqlarını işğal edib, lakin ABŞ susub, işğalçı, terroru himayə edən dövlətə irad belə bildirməyib. Hazırda da işğalçı dövlətə heç bir sanksiya tətbiq olunmur, Xocalı soyqırımına hüququ qiymət verilmir”.

Millət vəkili Qüdrət Həsənquliyev isə ABŞ-ın Azərbaycana münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb: “ Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi İstanbula dəvət etdi, dövlət başçısı İstanbula getməyəndən sonra ABŞ-ın siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikri cümlənin ikinci hissəsində ifadə olunur”. Sonda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bəyan edib ki, Azərbaycan ABŞ-la dostluq münasibətlərinin pozulmamasına çalışır, ancaq qarşı tərəfdən də səmimi münasibәt olmalıdır.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 Fevral 2015

By
@
backtotop