Fransanın azərbaycanlı müğənnisi: “Fransızlara Azərbaycanın necə ölkə olduğunu anladıram”

Bakıda doğulmuş, Fransada yaşayan tanınmış opera müğənnisi Timur Abdıkeyevin “Report“un Qərbi Avropa bürosuna müsahibəsi

– Timur, oxuculara özün haqqında danışardın. Harda anadan olmusan, harda böyüyüb başa çatmısan?

– Bakıda anadan olmuşam və böyümüşəm. Bir sıra müsabiqələrin qalibi olduqdan sonra dünya şöhrətli Dövlət Akademik Marinsky Teatrının solisti kimi fəaliyyət göstərmişəm. Hazırda isə Fransada opera, həm də konsert müğənnisi kimi çalışıram.

– Bu gün Fransa kimi rəqabətin güclü olduğu bir ölkədə opera müğənnisi kimi tanına, xüsusilə də qısa bir müddətdə öz sözünü deyə bilmisən. Buna necə nail olmusan?

– Bugünkü yaradıcılıq uğurlarımın start nöqtəsi Bakı ilə bağlıdır. Bakı Musiqi Akademiyasını bitirmişəm. Bülbül adına və digər beynəlxalq müsabiqələrin qalibi olmuşam. Bu zaman qarşıma çıxan insanlar mənə bu çətin və keşməkeşli yolda böyük uğurlar qazana biləcəyimə inanıblar və ən əsası isə məni buna inandıra biliblər. Onlar mənim bugünki taleyimin bünövrəsini qoymaqda və onu istədiyim iqtiqamətdə inkişaf etdirməyimdə həledici rol oynayıblar. Bundan əlavə doğulub boya çatdığım Bakı şəhəri beynəlmiləl şəhər olub. İnsanlar bir-birlərinə yüksək qayğı və hörmətlə yanaşıblar. Belə bir ruhda böyüməyim bu gün Fransada uğur qazanmağımda mənə çox kömək edib.

– Ailənizdə səndən başqa həyatını opera ilə bağlayan başqa kimsə varmı?

– Ailəmizdə heç kimin musiqi ailə əlaqəsi yoxdur. Atam Azərbaycanda sosiologiya üzrə ilk elmlər doktoru olub. O, sağlığında Prezident yanında İdarəçilik Akademiyasında dərs deyirdi. Mən də 1 il bu Akademiyada təhsil almışam. İki pulsuz fakültədə oxumağın mümkün olmaması səbəbindən seçim etməli olmuşam. Ya atamın yolunu davam etməli ya da operanı seçməli idim. Mən operanı seçdim və buna təəssüf etmirəm.

– Necə oldu ki, doğulub böyüdüyün Bakını tərk etmək qərarını verdin?

– Arzum əfsanəvi Marinskiy Teatrında fəaliyyət göstərmək, opera artisti kimi mümkün olan bütün zirvələri fəth etmək idi. Marinskiy teatrı dunyanın tanınmış beş ən qabaqcıl teatr ocaqlarındandır. Hətta tamaşalarının sayına görə isə digərlərinin hamısını geridə qoyub. Fransaya həmişəlik gələnə qədər orada opera solisti kimi işləmişəm, bu gün də onlarla əməkdaşlığımı davam etdirirəm.

– Bəs necə oldu ki, Fransaya köçüb gəldin?

– 2015- ci il sentyabr ayında Avropa Tatarları Alyansının təşkil etdiyi konsertdə iştirak etmək üçün Parisə gəlmişdim. Konsertdən sonra bir qız mənə yaxınlaşdı. Mənə komplimentlər dedi. Biz tanış olduq. Həyatımızda oxşar cəhətlər çox tapdıq. O da mənim kimi tatar idi və eyni zamanda Azərbaycanla bir bağlılığı var idi. Parisdə Azərbaycanın Dostları Assosiasiyasının üzvü idi və Azərbaycanı çox sevirdi. Anladıq ki, bizim görüşümüz təsadüfi görüş deyil. Bu qadın mənə taleyim tərəfindən göndərilmişdi. Mən sonra onu Bakıya istirahədə dəvət etdim, biz bir-birimizə çox bağlandıq və ailə qurduq.

– Bir xarici vətəndaş, azərbaycanlı kimi Fransada karyera qurmaqda, iş tapmaqda çətinlik çəkmədinmi?

– Deməzdim asandır. Lakin mən Fransaya gələndə bilirdim hara gəlirdim, hansı çətinliklər məni gözləyir. Bəzi hallar olur ki, insanlar getdikləri yerin çətinliklərindən xəbərdar olmadan o ölkəyə üz tuturlar. Mən isə tez-tez Avropada qastrol və digər səfərlərdə olmuşdum. Beləliklə, təəssüratım var idi. Mənə dəstək olan insanlar tapıldı. Hətta bu insanlar arasında elələri var ki, nə Azərbaycan, nə Rusiya, nə də Tatarıstan ilə əlaqəsi yoxdur. Sadəcə mənə kömək etməyi özlərinin insanlıq borcu hesab ediblər.

– Fransada bir opera müğənnisi kimi tanınmağında rolu olan hansı konsertlərini xatırlayırsan ?

– Parisdə ilk konsertlərimdən biri Azərbaycanın Mədəniyyət mərkəzində baş tutub. Bu konsert mənə Fransada əlaqələrimi genişləndirmək üçün imkanlar açdı. Konsertə Azərbaycanı daha yaxından tanımaq, kəşf etmək istəyən insanları dəvət etmişdik. Beləliklə, get-gedə Fransada da auditoriyamı genişləndirə bilmişəm. 2017 ci ildə San-Germən zalında böyük konsertim baş tutdu ki, bu mənim Fransada karyeramın uğurlu dönüş nöqtəsi oldu. Bu gün artıq şəhər merlərindən, digər əhəmiyyət daşıyan konsertlərə dəvətlər alıram, özüm konsertlər verirəm. Bu bazar günü Qarş şəhər meriyasının Mədəniyyət Mərkəzində merin şəxsi təşəbbüsü ilə təşkil olunan konsertim olacaq. Artıq ilk dəfə olaraq layihəm Fransa dövləti tərəfindən alınıb. Bu mənim üçün böyük fəxrdir, çünki Fransa ilə mənim heç bir əlaqəm yoxdur. Bu sadəcə fransalıların mənə, mənim peşəkarlığıma verdikləri yüksək qiymətin nəticəsidir.

– Konsert iştirakçıları sənin Azərbaycandan olduğunu biləndə onların buna münasibəti necə olur?

– Tanışlıqdan sonra Azərbaycana böyük maraq nümayiş etdirirlər. Mən çalışıram ki, Azərbaycanı Fransada daha artıq tanıtdırım. Konsertlərimdən sonra mənə yaxınlaşıb Azərbaycan haqqında suallar verirlər. Bu zaman fransalıların Azərbaycanı nə dərəcədə yüksək maraqla kəşf etmək istədiklərinin şahidi oluram. Azərbaycan mədəniyyəti çox zəngindir və hər zaman özünəməxsus xüsusiyyətləri ilə seçilir. Mən fransız kinolarında bu gün də azərbaycan xalçalarının rəsmlərini görəndə tanıyıram. Mən o naxışları bütün naxışlar arasında seçə bilirəm. Mən onların Azərbaycan haqqında bütün suallarına ətraflı cavab verirəm. Bundan sonra çox zaman Azərbaycana səyahət etmək istədiklərini bildirirlər və bacardığım qədər onları bu mövzuda da məlumatlandırıram. Fransızlara Azərbaycanın necə gözəl bir ölkə olduğunu anlatmaq, qədim və zəngin mədəniyyətini təbliğ etmək üçün əlimdən gələni edirəm.

– Uzun illər xarici ölkələrdə yaşamağına baxmayaraq bu gün özünü azərbaycanlı hiss edirsənmi?

– Bu gün də Azərbaycan vətəndaşlığımı saxlamışam. Bakılıyam. Bakı və Azərbaycan xalqı həmişə mənim qəlbimdədir, çətin və ağrılı günlərini hər zaman ürəyimdə daşıyıram. Azərbaycanda tatarlar çoxluq təşkil ediblər. Bir əsrdən artıq olar ki, əcdadlarımdan biri Suraxanıda neft mədənlərində işləmək üçün Bakıya gəlib və keçən əsrin əvvəllərində hökm sürən aclıq və kasıbçılıq zəminində bütün qohum-qardaşını Bakıya gətirərərək onların neft mədənlərində işlə təmin olunmalarına yardım edib. Qonaqpərvər Azərbaycan öz qapılarını onların üzünə açıb. Mənim qohumlarım bunu heç vaxt unutmayıblar, bunu mənim atam heç vaxt unutmayıb, nə də mən unutmayacağam. Təəssüf edirəm ki, bu gün eyni zamanda həm Parisdə, həm də Bakıda yaşaya bilmirəm. Hər yay Bakıya gedirəm. Bakıda Azərbaycan mədəniyyəti müxtəlif yeni muzeylər, xüsusilə Xalça muzeyi, Muğam Teatrı və digər mərkəzlər vasitəsilə yüksək səviyyədə təmsil olunur. Lakin Bakıda bizim dövrümüzdəki ab-hava artıq yoxa çıxmaq üzrədir. Mənim doğulub böyüdüyüm Bakıxanov qəsəbəsi insanları hər zaman fərqli olublar. Səbəbini bilmirəm, amma hətta orda bir neçə opera artisti də dünyaya göz açıb. Bakı adi şəhərlərdən deyil. Bakını əbəs yerə “Şərqin Parisi“ adlandırmayıblar. Bakı tarix boyu müxtəlif sivilizasiyaların mərkəzi olub. Hətta bəzən adama elə gəlir ki, bizim dövrümüzdə Bakıda anadan olanlardan ibarət “bakılı“ adlı bir xalq formalaşıb. Bu gün onlar dünyanın müxtəlif nöqtələrində yaşayırlar. Mən Fransaya Bakının bu ruhunu özümlə gətirmişəm.

Mövzu
Oxşar xəbərlər

Fransanın azərbaycanlı müğənnisi: “Fransızlara Azərbaycanın necə ölkə olduğunu anladıram”

19 Yanvar 2019

By
@
backtotop