Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu

Ötən gün Hollandiyanın Utreçt şəhərində ermənilər tərəfindən keçirilən turizm sərgisində nümayiş olunan coğrafi xəritədə Dağlıq Qarabağ ərazisinin Ermənistana məxsus olması əks olunub.

Sərgi başlamamışdan öncə Azərbaycanın Hollandiyadakı diaspor fəalları Dağlıq Qarabağın Ermənistana aid olunmasına etiraz ediblər. Azərbaycanlı etirazçılar Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu sərgi iştirakçılarının nəzərinə çatdırıblar. Bundan sonra sərginin keçirildiyini məkanın mühafizəçiləri ermənilərin tələbi ilə azərbaycanlı fəallara hücum etməyə başlayıblar.

Sonda azərbaycanlıların tələbi ilə Dağlıq Qarabağın Ermənistana məxsus olduğu xəritə sərgidən çıxarılıb.

Qeyd edək ki, ermənilərə qarşı etiraz aksiyası Hollandiyada yaşayan azərbaycanlı fəal Emil Əliyevin rəhbərliyi ilə baş tutub.

Mövzu
Oxşar xəbərlər

Ermənilərin Hollandiyadakı sərgisi darmadağın oldu

14 Yanvar 2019

By
@
backtotop