Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı məsələyə aydınlıq gətirilib

“Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir. Amma bir gerçəklik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni olan həyat yoldaşından başqa kimsə yoxdur. Bəzi mətbuat orqanlarında Azərbaycan diasporu, diaspor liderləri və sair ifadələrlə “zənginləşdirilmiş” informasiyalar yayımlanır ki, yuxarıdakı faktlar arasında aparılan paralelliyə cəhd də bunlardan biridir”.

Bunu “Report”un sorğusuna Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə cavab olaraq bildiriblər.

“Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyildir”,- komitədən bildirilir.

Bildirilir ki, Rusiyadakı azərbaycanlıların diaspor fəallarından əldə edilən məlumatlara görə, Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir: “O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də, artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur. Ona görə ki, onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi, mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət maraqlarına ziddir”, – azərbaycanlı fəallar bildiriblər.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

12 Yanvar 2019

By
@
backtotop