Salome Zurabişviliyə komandasında azərbaycanlı gənclərin yer alması xahiş olunub

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov ölkə Prezidenti Salome Zurabişviliyə yerli azərbaycanlı gənclərin işsizlik problemi ilə bağlı müraciət edib.

24News.ge xəbər verir ki, müraciətdə Gürcüstanın ali məktəblərini uğurla bitirən üç mindən artıq azərbaycanlı gəncin 90 faizdən çoxunun işsiz olduğu bildirilib.

GAK sədri qeyd edib ki, Gürcüstanda sayca ikinci millət olan azərbaycanlılar dövlət qurumlarında layiqincə təmsil olunmurlar və bu da ədalətsizlikdir.

“Dmanisi və Bolnisi rayonlarında yaşayan əhalinin 70 faizə yaxını azərbaycanlılar olsa da, onlar yalnız yerli bələdiyyələrdə minimum şəkildə təmsil olunurlar. Kaxeti bölgəsində 50 mindən artıq azərbaycanlının yaşamasına baxmayaraq, onlar da ali dövlət qurumlarında deyil, yalnız kəndlərin yerli idarəetmə orqanlarında çalışırlar. Şida Kartli bölgəsi, Tbilisi və Rustavi şəhərlərində də azərbaycanlıların dövlət qurumlarında təmsilçiliyi məsələsi daha ağrılıdır”, – deyə müraciətdə vurğulanıb.

H.Yusubov müraciətinin sonunda S.Zurabişvilidən GAK-ın üzvü olan gənc ziyalı azərbaycanlıların Prezident Administrasiyasında təmsil olunmasına şəraitin yaradılmasını xahiş edib. O qeyd edib ki, bir-iki nəfər azərbaycanlı gəncin dövlət başçısının aparatında təmsil olunması Gürcüstanda yaşayan azərbaycanlıların işsizlik problemini həll etməsə də, onların vətəndaş cəmiyyətinə inteqrasiyasına stimul verə bilər.

Mövzu
Oxşar xəbərlər

Salome Zurabişviliyə komandasında azərbaycanlı gənclərin yer alması xahiş olunub

10 Yanvar 2019

By
@
backtotop