ABŞ konqresmeni Stiv Kohen 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Kohen 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Konqresmen 1990-cı il yanvarın 20-də keçmiş SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini, nəticədə aralarında qadın və uşaqların da olduğu 140-dan artıq insanın öldürüldüyünü, habelə yüzlərlə insanın yaralandığını və itkin düşdüyünü bildirib. Konqresmen bu hadisəni həm də kommunist rejiminin çökməsinin qarşısını almaq məqsədilə SSRİ-yə daxil olan digər respublikalardakı müstəqillik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirib.
S.Kohen sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da birləşdirdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.
Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, ölkədə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.

10 Fevral 2015

By
@
backtotop