Diaspora Komitəsinin fəaliyyətinə iki baxış – yeni rəhbərlik necə işləyir?

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə baxış ehtyacı yaratdı. Apreldə keçirilən prezident seçkilərindən sonra komitədə aparılan rəhbər dəyişikliyi hansı yeniliklərə gətirib çıxarıb? Gənc kadr olan Fuad Muradov Azərbaycan diasporunu birləşdirməyə, onun fəaliyyətini gücləndirməyə nail ola bilibmi?

F.Muradovun özünün dediyinə görə, dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: “Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatından sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb”.

Image result for Fuad Muradovun görüşləri

Sədr bildirir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam istiqaməti, aparılan islahatları və ən əsası, “isti münasibətləri təqdir edir”: “Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı demək olar ki, yoxdur. Sağlam idarəçilik, səmimi münasibət demək olar ki, bütün vətənsevər qüvvələrin bir araya gəlməsinə şərait yaradıb. Tərəfimizdən aparılan təhlillərin ilkin nəticələri göstərir ki, diaspor təşkilatlarında səmərəli və effettiv fəaliyyət üçün təməlli motivasiya yaranıb”.

Hollandiyada yaradılan Koordinasiya Şurasının həmsədri, Avropa Azərbaycanlıları Təşkilatının rəhbəri Emil Əliyevin Musavat.com-a dediyinə görə, yeni rəhbərlik diaspor fəaliyyətinin dəstəklənməsinə daha ciddi yanaşır: “Bütün tədbirlər daha müasir üsullarla diaspor fəaliyyətinin genişləndirilməsinə xidmət edir: saytın, radionun yaradılması, televiziya verilişlərinin yayınlanması və sair. Biz bu günlərdə bir tədbir təşkil etdik, rus diasporasının nümayəndələri də iştirak edirdilər. Onlar çox maraqla qarşıladılar təşkilatçılığı, qeyd etdilər ki, öz tədbirlərini bu formatda təşkil edəcəklər”.

Soydaşımız deyir ki, artıq Hollandiyada diaspor təşkilatları arasındakı soyuqluqlara son qoyulub, hamı bir çətir altına toplanıb: “Komitənin burada böyük rolu oldu. Heç kimə fikir və baxışlarına görə fərq qoymadan bir yerə toplayır. Bu, çox müsbət bir haldır. Hollandiyadakı Şuraya getdikcə daha çox sayda təşkilat maraq göstərir, bizə üzvlüklə bağlı çoxsaylı müraciətlər var. İnşallah, yaxın günlərdə tərkibə yenidən baxılacaq, yeni üzvlər qəbul olunacaq. Belə proses Almaniyada da baş verir, Skandinaviya ölkələrində də.Yeni yaradılan şuralar çox aktiv şəkildə bütün diaspor təşkilatlarını sıralarında birləşdirməkdədir. Ümid edirəm ki, bu birlik Azərbaycan naminə ciddi addımların atılmasına imkan verəcək”.

Almaniyada yaşayan ictimai fəal Elçin Abdullayev isə Diaspor Komitəsinin yeni rəhbərliyinin qurumun fəaliyyət prinsiplərində ciddi dəyişikliyə nail olmadığı qənaətindədir: “Uzun illər boyu dövlət tərəfindən diaspora xidmətlərinə külli miqdarda pullar ayrılıb. Amma çox təəssüflər olsun ki, bunun real nəticəsi olmayıb. Deyilənə görə, Azərbaycanın ən böyük diaspor fəaliyyəti, Azərbaycanın maraqlarını təmsil edən lobbiçilik fəaliyyəti Almaniyadadır. Amma biz bura gələndən əsl diaspora işinə uyğun fəaliyyətləri müşahidə etməmişik. Tədbirlər çox primitiv formada təşkil olunur: əksəriyyəti azərbaycanlılardan ibarət kiçik qrupu bir yerə yığıb şəkil çəkdirirlər, süfrəyə də paxlava-şəkərbura düzürlər. Bu da olurdu lobbiçilik fəaliyyəti. Halbuki görüşlər Almaniya parlamentinin, hökumətinin üzvləri ilə, nüfuzlu şəxslərlə keçirilməlidir. Almaniya böyük məkandır, buradan dünyaya meydan oxumaq olar. Bunun üçünsə durmadan işləmək, əlaqələr qurmaq lazımdır.”

Related image

E.Abdullayev deyir ki, bu yaxınlarda Komitə tərəfindən maliyyələşməsinə dəstək verilən təşkilatların siyahısı ilə tanış olub: “Əksəriyyəti kağız üzərində olan təşkilatlardır, demək olar ki, pul silmək üçün formal olaraq yaradılıblar. Bu onu göstərir ki, illərlə dövlətin pulu belə təşkilatların adıyla mənimsənilib. Mən Avropa Parlamentinin üzvü olan bir almanla görüşmüşəm. O bildirir ki, ermənilərin Qarabağla bağlı təbliğatı Azərbaycandan qat-qat güclüdür – söhbət Almaniyadan gedir. Maliyyə təminatına baxsaq, ermənilər daha aşağı təminatla daha böyük işlər görürlər. Azərbaycan dövlətinin ayırdığı milyonlarla vəsait isə yalnız ayrı-ayrı şəxslərin varlanmasına sərf olunub. Bu yanaşmanın dəyişdiyini göstərən hansısa əlamət müşahidə etmirik. Məsələn, bizim sırf Azərbaycan dövlətinin maraqları naminə, Qarabağla bağlı təşkil etdiyimiz tədbirlərə Almaniyada işləyən, oxuyan şəxslər qatılmağa qorxurlar. Onlar açıqca deyirlər ki, sonra Azərbaycanda onlara problemlər yaradılır. Komitənin rəhbəri də Almaniyaya gəlib, amma yenə özlərinə yaxın şəxslərlə görüşüb gedib. Yəni ayrı-seçkilik siyasəti davam etməkdədir”…

Dünya SAKİT,
Musavat.com

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

01 Yanvar 2019

By
@
backtotop