Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə tədbir keçirilib

Ötən gün Azərbaycannın Macarıstandakı səfirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü Yeni İl münasibətilə tədbir keçirilib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, səfirliyin təşəbbüsü ilə baş tutan tədbirdə Macarıstanda təhsil alan tələbələr iştirak edib.

Səfir Vilayət Quliyev tədbiri giriş nitqi ilə açaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə soydaşlarımızı təbrik edib. Səfir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu, bu əlamətdar tarixin dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında birliyin yaradılması və onların təşkilatlanması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. O, ölkəmizin maraqlarının xaricdə müdafiə olunması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı zaman-zaman həyata keçirdiyi işğalçılıq və soyqırım siyasətinin ifşa edilməsində həmvətənlərimizi, əsasən də xaricdə təhsil alan tələbələrimizi fəal olmağa çağırmış və bu istiqamətdə Səfirlik tərəfindən də lazımi dəstək göstərilə biləcəyini diqqətə çatdırıb.

Tədbirdə tələbələr Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləmiş və ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 Dekabr 2018

By
@
backtotop