Həştərxanda müxtəlif millətlər və yerli rəsmilər Heydər Əliyevi anıb

Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycanın ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

“Report”un məlumatına görə, Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov, şəhər administrasiyasının rəhbəri Radik Xarisov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan diasporunun, eləcə də digər xalqların diaspor nümayəndələrinin iştirak etdiyi anım mərasimi Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başlayıb.

Tədbir Heydər Əliyev adına məktəbdə davam etdirilib. Mərasim iştirakçıları ulu öndərin məktəbdəki büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin həyat və fəaliyyətinə aid kitablardan, fotoşəkillərdən ibarət şərgi ilə tanış olublar. Dəyirmi masada davam edən tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub, məktəblilər Heydər Əliyevə aid şeirlər səsləndirib. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, Azərbaycan-Rusiya münasibətlərinə verdiyi önəm barədə fikirlər səslənib. Ulu öndərin Rusiyada, eləcə də Həştərxan vilayətində azərbaycanlıların təşkilatlanması istiqamətində əvəzsiz rolundan söhbət açılıb.

Mövzu
Oxşar xəbərlər

Həştərxanda müxtəlif millətlər və yerli rəsmilər Heydər Əliyevi anıb

16 Dekabr 2018

By
@
backtotop