Fərhad Məmmədov Ankarada biabır oldu – SAM-ın tədbirinə kimsə qatılmadı

Diaspora.az xəbər verir ki, ötən gün Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində “Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans keçirilib. İlk baxışdan çox strateji görünən bu tədbirə Bakıdan 15 nəfərlik heyət yollanıb – media rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və millət vəkilləri.
Və tədbirdə cəmi 20 nəfər olub – 15 nəfər Bakıdan gələn media kapitanları, yerdə qalan 5 nəfər isə SAM rəhbəri Fərhad Məmmədov və Türkiyədən çağırılmış çıxışçılar. Təsəvvür edirsizmi?! Mövzu Türkiyə-Azərbaycan münasibətləri olsun, amma insanlar gəlməsin… Ən mühüm dövlət qurumu olan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xaricdə tədbir keçirir, amma həmin ölkənin heç bir ictimaiyyət nümayəndəsi, beyin mərkəzi, akademik institutları, media nümayəndələri və millət vəkilləri həmin tədbirə gəlmirlər…
Sadəcə biabırçılıq və yenə də biabırçılıq… Azərbaycan Dövlətinin və onun başçısını aldatmaqdır bu…

Həmin tədbirdə iştirak edən media kapitanlarından biri, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun öz Facebook səhifəsində buna üsyan etməsini anlamaq elə də çətin deyil…
Rauf Arifoğlunun Facebook paylaşımını olduğu kimi təqdim edirik:
“Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?
“Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans idi.
Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!
Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!
Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı…
Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik(((
İşgəncə kimi bir şey…
Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM -çı Cavid Vəliyevi dinləməliyəm?
O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!
SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.
Və bizə də bir üzür borcludurlar…
Fotolarda: zal, konfrans və biz… @ Ankara, Turkey”

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

01 Dekabr 2018

By
@
backtotop