Fransada Azərbaycanın Dostları Assosiasiyası 20 illik fəaliyyətini təntənə ilə qeyd edib

Paris şəhərində Fransada Azərbaycanın Dostları Assosiasiyasının 20 illik yubileyi qeyd edilib.
“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycanın Dostları Assosiasiyasının yubiley mərasimində bu ölkədə Azərbaycanın yaxın dostları olan Fransa Parlamentinin üzvləri, ictimai-siyasi, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının yaradıcısı, Azərbaycanda Fransanın ilk səfiri olmuş Jan Perən qonaqlara 20 il bundan öncə assosiasiya yeni yaradılarkən qarşılaşdığı çətinliklərdən danışıb. Səfir bildirib: “O dövrdə Azərbaycan Fransada az tanınırdı və bu üzdən Fransa – Azərbaycan münasibətləri elə də qənaətbəxş deyildi. Bu gün artıq Azərbaycanın Fransada dostu çoxdur, iki ölkə arasında münasibətlər lazımi səviyyədə inkişaf edir və Azərbaycanı artıq Fransada tanıyırlar“.
Səfir assosiasiyanın yarandığı gündən Fransadakı erməni lobbisinin yaratdığı maneələrlə üzləşdiyini və onları uğurla aşdığını da vurğulayıb.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel hər zaman Azərbaycanı dəstəklədikləri, çətin anlarda Azərbaycanın yanında olduqları üçün Azərbaycanın dostlarına öz təşəkkürünü bildirib. O bildirib ki, assosiasiya bu günədək olduğu kimi bundan sonra da Fransa-Azərbaycan arasında dostluğun möhkəmlənməsi yolunda fəaliyyətini eyni dinamik templə davam etdirəcək.
Tədbirdə çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının üzvləri bildiriblər ki, Azərbaycan reallıqlarını, geosiyasi mövqeyi, keşməkeşli tarixi, əfsanəvi təbiəti, zəngin mədəniyyətini Fransada tanıtmaq kimi şərəfli işə qol qoyublar və bu yolda başladıqları fəaliyyətlərini davam edəcəklər.
Yubiley konsertində muğam və xalq mahnılarımızı balaban, tütək, zurna və klarnetdə Səddam Novruzbəyov, gitarada Əmrah Kaptan, zərb alətlərində Nağib ifa ediblər. Konsert proqramında muğam əsərlərimizdən “Bayatı – Şiraz“, “Segah“, milli rəqs musiqilərimizdən “Çoban rəqsi“, “Vağzalı“,“Yallı“, “Tərəkəmə“və sair yer alıb.

Mövzu
Oxşar xəbərlər

Fransada Azərbaycanın Dostları Assosiasiyası 20 illik fəaliyyətini təntənə ilə qeyd edib

29 Noyabr 2018

By
@
backtotop