Kvemo Kartli qubernatoru: “Gürcüstan azərbaycanlıları dövlətçiliyə hər zaman sadiq olublar”

“Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman dövlətçiliyə sadiq vətəndaşlar olublar”.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu Kvemo Kartli bölgəsinin quberantoru Şota Rexviaşvili Marneulidə yerli sakinlərlə görüşdə deyib.
O bildirib ki, bölgədə yaşayan azərbaycanlılar Gürcüstanda sülh və sabitliyin olmasının tərəfdarıdırlar: “Kvemo Kartli bölgəsi mədəni, dini və etnik baxımdan çox fərqlidir və bu, Gürcüstanı daha da maraqlı və cəlbedici edir. Etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın bütün vətəndaşları dövlətin inkişafına çalışır. Əminəm ki, bundan sonra da yerli azərbaycanlılar dövlətin inkişaf etdirilməsi istiqamətində hökumətin yanında olacaqlar”.
Ş.Rexviaşvili Baş nazir və hökumət üzlərinə Kvemo Kartli bölgəsində mövcud problemlərin həllinə ayırdıqları diqqətə görə təşəkkürünü bildirib.

Mövzu
Oxşar xəbərlər

Kvemo Kartli qubernatoru: “Gürcüstan azərbaycanlıları dövlətçiliyə hər zaman sadiq olublar”

27 Noyabr 2018

By
@
backtotop