Ali Radanın komitə sədri: “Ukraynada Azərbaycan gənclər təşkilatlarının sayını artırmaq lazımdır”

“Ukraynada rəsmi olaraq qeydiyyatdan keçmiş bir çox gənclər təşkilatları olsa da, Ukraynadakı Azərbaycanlı Gənclər Birliyi təşkilatı istisna olmaqla, Azərbaycanın belə gənclər təşkilatları yoxdur”.
Bunu “Report”a müsahibəsində Ukrayna Ali Radasının (parlament) Gənclər və İdman Siyasəti Komitəsinin sədri Artur Palatnı deyib.
O, bu cür təşkilatların sayını artırmağın zəruriliyini vurğulayıb: “Hesab edirəm ki, onların sayını artırmaq lazımdır, ikincisi, düşünürəm ki, birgə forumlar, birgə qurultaylar keçirmək lazımdır. Elə etməliyik ki, bu, məsələn, azərbaycanlının Ukraynaya gəlib bazarda qoz-fındıq və ya şaurma satdığı və ya əksinə, ukraynalının Azərbaycana gedib evləndiyi və ya biznesini qurduğu turizm səviyyəsində olmasın”.
A.Palatnı bu siyasətin dövlət səviyyəsində həyata keçirilməsinin vacibliyini bildirib: “İki ölkənin gənclərinin ciddi birləşməsindən danışırıqsa, həm Ukraynada, həm də Azərbaycanda siyasətlə maraqlanan, irəliyə getmək istəyən, ölkəsində və ya bu gün yaşadığı ölkədə və ya da burada doğulubsa, tarixi vətənində baş verənlərə biganə qalmayan, məsələn, anası ukraynalı olan Roman Nəsirov kimi perspektivli, produktiv, konstruktiv, çox bacarıqlı gənclər var. O, xalq deputatı, komitə rəhbəri və vergilərin rəhbəri olub. Dövlət səviyyəsində təkcə bir-birini dəstəkləmək yox, həm də bir-birinə yardım edə biləcək çox insan var. Nəsirov kimi çox nümunələr var. Sadəcə, əlaqələr daha kütləvi şəkildə olmalıdır, Azərbayca və Ukraynanın vətəndaş, gənclər təşkilatları aralarında əlaqələr qurmalıdır”.
Parlament komitəsinin rəhbəri həmçinin Azərbaycan və Ukraynanın gənclər təşkilatları səviyyəsində əlaqələrin vacibliyini qeyd edib: “Hesab edirəm ki, bu, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına yaxşı nümunə olacaq. Bu, Ukrayna gənclər hərəkatının Azərbaycanda olan gənclər hərəkatları ilə əlaqəsi ola bilər. Tərəflər arasında təcrübə mübadiləsi aparmaq, birgə layihələr, birgə tədbirlər, birgə forumlar keçirmək olar. Fikrimcə, Azərbaycan və Ukraynanın gənclər təşkilatları səviyyəsində daha çox əlaqə qurmaq lazımdır”.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Noyabr 2018

By
@
backtotop