Paskal Hacıbəyli Büşe: “Ceyhun bəy mühacir həyatını çətin yaşayırdı”

Ceyhun Hacıbəylinin gəlini, Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Büşe (Pascale Hadjibeyli Buchet) “Report“un Qərbi Avropa bürosuna həyat yoldaşı və qayınatasının mühacir həyatı haqqında bugünədək gizlin qalan məqamları açıqlayıb.
Həyat yoldaşı Timuçin Hacıbəylinin qeyri-adi bir fransız olduğunu bildirib: “İlk tanışlıqda insanda Timuçinin fransız olduğu təəssüratı yaranırdı. Çünki fransızca ana dili kimi danışır, fransız mədəniyyəti ilə yaxından tanış idi. Bir sözlə, o, fransız idi. Hətta Timuçin qeyri-adi bir fransız idi. Yüksək dünyagörüşə malik olmaqla yanaşı, o, fransız ədəbiyyatını, incəsənətini, musiqisini, kinosunu, teatrını çox sevirdi. Parisdə İncəsənət Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirmişdi, Fransanın dünya şöhrətli heykəltəraşı Buşarın (Bouchard) tələbəsi olmuşdu, həmçinin Nöyi-Sür-Sen (Neuilly-sur-Seine) şəhərindəki Pastör (Pasteur) liseyində təhsil aldığı zaman böyük filosof Jan-Pol Sartdan (Jean- Paul Sartre) da dərs almışdı. Sonradan onlar dosta çevrildilər. Mən bu gün də Sartın Timuçin haqqında yazdığı məktubunu qoruyub saxlayıram. Fransanın bu tanınmış filosofu Timuçinin xətrini olduqca çox istəyirdi. Məktubda o, Timuçinin keyfiyyətlərindən danışır.“
Paskal Hacıbəyli bildirib ki, həyat yoldaşı gözəl xasiyyət və saf ürəyə malik bir insan idi: “Timuçin həyatdan köçəndə onun dostları mənə çoxsaylı məktublar göndəriblər ki, bu məktublarda onun nə dərəcədə istisna təşkil edən bir şəxsiyyət olduğunu söyləyirlər. Məktub göndərən dostları arasında yüksək vəzifəli şəxslər də var. Timuçinin sənayenin təşkili sahəsində konsalting şirkəti var idi və o, Fransanın böyük şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa nail olmuşdu. Timuçin həm iş adamları, həm də dostları tərəfindən yüksək qiymətləndirilirdi. O, uşaqlıq dotstlarını qoruyub saxlamışdı. İnsanların dalınca danışmağı, adətən, sevən fransızlardan fərqli olaraq Timuçin heç kim haqqında pis danışmazdı, vaxtını başqalarını tənqid etməyə sərf etməzdi. Kiməsə qarşı nifrət hissi olardısa, bunu da heç vaxt gizlətməzdi, lakin çox zaman fransızların etdikləri kimi insanın dalınca danışmazdı. Bizim aramızda 30 il yaş fərqi olmasına baxmayaraq, Timuçin öz gözəl xasiyyəti ilə ürəyimi əlinə almışdı. O, yüksək yumor hissinə malik biri idi. Fransızlar kimi gündəlik həyatda deyinənlərdən deyildi. Mənə elə gəlir ki, Timuçin azərbaycanlıların, şərqlilərin qeyr-adi temperamentləri ilə fransızların gözəl tərəflərini özündə uğurla birləşdirmişdi. Onda fransızlara məxsus insanları diplomu, maddi vəziyyəti, cəmiyyətdəki mövqeyi ilə ölçmək yox idi. O, insanları olduqlarına görə qiymət verirdi. Timuçin saf ürəyə malik bir insan idi. İlk əvvəl onu fransız bilsəm də, yaxından tanıdıqca onda əcdadlarına, kökünə məxsus xüsusiyyətlərin olduğunu anladım. O, fransızlara nisbətən daha artıq potensiallara malik idi. Hesab edirəm ki, ikili, bəziləri üçün hətta üç mədəniyyətə malik olmaq zənginlik əlamətidir.“
Paskal Hacıbəyli bildirib ki, həyat yoldaşının ailəsi mühacir həyatanı çətin yaşayırdı: “Timuçinin ailəsinin 1962-ci ilə kimi Azərbaycan ilə əlaqəsi yox idi. Bu Ceyhun bəyi çox məyus edirdi. O, qardaşı Üzeyir ilə çox yaxın olub. Lakin Azərbaycandakı Sovet rejimi üzündən iki qardaş bir-biri ilə əlaqə saxlaya bilmirdi. Timuçinin böyük qardaşı Ceyhun II Dünya müharibəsində Fransa uğrunda Puatye (Poitiers) yaxınlığındakı döyüşlərdə həlak olmuşdu. Onsuz da, vətənindən, yaxınlarından ayrı düşmüş Ceyhun bəy üçün bu, böyük dərd olmuşdu. Övlad itkisi heç bir valideyn üçün acısız ötüşmür. Mühacir həyatı yaşayan insanlar üçün bu dərd daha ağır olur. Çünki onların mühacir həyatı bu ailənin üzvlərini bir-birinə daha yaxın etmişdi. Mənim həyat yoldaşım üçün bu, böyük itki idi. Atasının adını daşıyan böyük qardaşı ilə arasında çox kiçik yaş fərqi olduğu üçün iki qardaş hər zaman çox yaxın olublar. Timuçın əvvəl qardaş itkisi, sonradan ana və ata itkisi yaşayıb. II Dünya müharibəsi zamanı həyat yoldaşım həmçinin bəzi yaxın dostlarını da itirib. O, həyatında çox sevdiyi insanı itirmişdi. Bəzən insanlar çətinliklə anlayırlar, amma mühacir həyatı sürmək çox çətindir. İnsan kökündən ayrı düşür. Xüsusilə Timuçin üçün bu lap çətin idi. Çünki o bütün ailəsini itirmişdi.“

Mövzu
Oxşar xəbərlər

Paskal Hacıbəyli Büşe: “Ceyhun bəy mühacir həyatını çətin yaşayırdı”

27 Noyabr 2018

By
@
backtotop