“Heydər Əliyev Fondu milli təhsilimizin inkişafına çox böyük dəstək verir” – Səbuhi Əliyev

Bugün dünyanın aparıcı ölkələri əldə etdikləri nailiyyətləri milli təhsil sistemi ilə əlaqələndirirlər. Təhsilin səviyyəsi ölkə potensialının indikatoru rolunu oynamağa başlayıb. İnsan kapitalına önəm verən ölkələr mütləq şəkildə milli təhsil konsepsiyasından çıxış edir, milli təhsil bazasını formalaşdırırlar.
Məsələyə fəlsəfi aspektdən yanaşsaq, milli təhsil ilk növbədə ölkə vətəndaşını fərd kimi formalaşdırır, onu dövlətlə və cəmiyyətlə gələcək münasibətlərə hazırlayır. Vətəndaş bir növ milli təhsilin məhsuludur. Bu baxımdan gələcək inkişafın əsas bazası sayılan milli təhsilin inkişafı və dəstəklənməsi olduqca zəruridir.
Azərbaycan təhsilinin bugünkü inkişaf tendensiyası hansı amillərlə bağlıdır? Milli təhsilimizin gələcək hədəfləri barədə Hüquq üzrə fəlsəfə doktoru Səbuhi Əliyev Editor.az saytına mühüm açıqlamalar verib. Ölkəmizdə də təhsil sahəsində gələcəyə hesablanmış və konkret nəticələrə hədəflənmiş proqramların həyata keçirildiyini bildirən Səbuhi Əliyev milli təhsilimizə ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqət ayrıldığını deyib: “Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən təhsil konsepsiyası xarici təcrübə öyrənilməklə təhsil sisteminin təkmilləşməsinə, beynəlxalq reytinq qazanmasına və ən əsası da milliləşdirilməsinə xidmət edir. Nümunə olaraq yüksək profilli, qısa zamanda beynəlxalq nüfuz qazanmış “ADA” Universitetinin, Bakı Ali Neft Məktəbinin yaradılmasını göstərmk olar ki, bu da təhsilə dövlət tərəfindən müasir baxışın təzahürüdür.”
Səbuhi Əliyevin sözlərinə görə, milli təhsilin formalaşdırılması sadə proses olmayıb, kompleks tədbirlərin həyata keçirilməsini labüd edir: “Qətiyyətlə deyə bilərik ki, bu istiqamətdə daha böyük mənəvi yükü Heydər Əliyev Fondu öz üzərinə götürüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında məhz Heydər Əliyev Fondunun cəmiyyət üçün əsas fəaliyyət istiqamətləri milli təhsilimizin yüksək keyfiyyətlə qurulmasına və xalqımıza keyfiyyətli xidmət etməsinə yönəlib. Fondun dəstəyi ilə respublikanın bütün ərazisində məktəb və məktəbəqədər müəssisələrin yenidən qurularaq istifadəyə verilməsi, onların maddi-texniki baza ilə təmin edilməsi həyata keçirilir ki, bu xidmət milli təhsilimizin formalaşmasına böyük təsir göstərir. Ölkəmizin mədəni irsinin tanıdılması istiqamətində beynəlxalq konfransların təşkili, xarici ölkələrlə mədəni-elmi mübadilələrin aparılması özlüyündə təhsilimizin müasirləşməsinə imkan yaradır. Fondun fəaliyyət prinsipi könüllü xarakter daşısa da, bugün öz fəaliyyəti ilə Heydər Əliyev Fondu milli təhsilimizin ən böyük dəstəkçisidir.

Mövzu
Oxşar xəbərlər

“Heydər Əliyev Fondu milli təhsilimizin inkişafına çox böyük dəstək verir” – Səbuhi Əliyev

27 Noyabr 2018

By
@
backtotop