Səfir Daşqın Şikarovdan XİN rəhbəri ilə bağlı maraqlı paylaşım

Xarici işlər naziri Elmar Məmmədyarovun İstanbulda XİN başçılarının üçtərəfli görüşündəki çıxışı mətbuatın gündəmindən düşmür. Nazirin çıxış edərkən Azərbaycan dilində çətin danışması, nitqində müəyyən qüsurların müşahidə olunması onunla bağlı mətbuat və sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub. Hətta bəzi şəxslər bir qədər də irəli gedərək bu məqamı əsas götürərək E.Məmmmədyarovu milli kadr olmamaqda da ittiham edirlər.
Editor.az xəbər verir ki, nazirlə bağlı müzakirə və ittihamların səngimək bilmədiyi bir məqamda Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki səfiri Daşqın Şikarov sosial şəbəkədəki hesabında Elmar Məmmədyarovla bağlı olduqca maraqlı və tarixi foto paylaşıb. Foto 1992-ci ilin yanvar ayına aiddir. Fotoda Yaşar Əliyev, Murad Heydərov və o zaman XİN-in protokol şöbəsinin rəisi olan Elmar Məmmədyarov görünür. Səfir qeyd edir ki, bu fotoda E.Məmmədyarov Şuşada ATƏT nümayəndə heyətinə ermənilərin məkrli siyasəti haqqında məlumat verir:
“Şuşa 1992, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov. 1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyyəti ilə mütəmadi olaraq atəşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər etmişdir. Səfər zamanı nümayəndə heyyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olmuşdur.
Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq-Qarbağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərərk, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləmişdir. Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil etmiş, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xrici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirmişdir”-deyə səfir Daşqın Şikarov yazıb.

Mövzu
Oxşar xəbərlər

Səfir Daşqın Şikarovdan XİN rəhbəri ilə bağlı maraqlı paylaşım

18 Noyabr 2018

By
@
backtotop