Ketevan Tsixelaşvili: “Gürcüstanın azərbaycanlı qadınları vətəndaş cəmiyyətində fəal rol oynayırlar”

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Marneulidə fəal azərbaycanlı qadınlarla görüşüb.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbər görə, görüşdə Marneuli ilə yanaşı, Dmanisi və Bolnisi rayonlarından olan azərbaycanlı qadınlar da iştirak ediblər.
Görüş iştirakçıları dövlət naziri və müavini Liya Giqaurini bölgədə mövcud olan problemlərlə tanış ediblər.
K.Tsixelaşvili azərbaycanlı qadınlara vətəndaş cəmiyyətində oynadıqları fəal rola görə təşəkkürünü bildirib: “Azərbaycanlı qadınlar çox fəaldırlar və bölgənin inkişafına böyük töhfə verirlər. Mən bundan çox qürur duyuram. Biz sizinlə sübut edirik ki, ölkəmizdə hamı bərabərdir və hamı ölkə həyatının bütün sahələrində iştirak edə bilər”.
Dövlət nazirinin azərbaycanlı qadınlarla görüşü Gürcüstanda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş həftə çərçivəsində təşkil olunub.

Mövzu
Oxşar xəbərlər

Ketevan Tsixelaşvili: “Gürcüstanın azərbaycanlı qadınları vətəndaş cəmiyyətində fəal rol oynayırlar”

18 Noyabr 2018

By
@
backtotop