Milli bayrağımız ABŞ-da da dalğalandı

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində yerləşən “The Daley Center”-də, ilk dəfə, iri ölçülü Azərbaycan Bayrağı dalğalandı. Dövlət bayrağı Günü münasibətilə keçirilən tədbirin təşkilatçıları Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir.
Tədbirdə Çikaqo şəhər merinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin nümayndələri, Türkiyə Cumhuriyetinin Çikaqodakı Baş Konsulu, Ukrayna Respublikasının Çikaqodakı Konsulu, Türkiyə Amerika Mədəniyyət Alyansının Çikaqo ofisinin rəhbəri, Amerika Yəhudi Cəmiyyətinin nümayəndələri, Amerika – Ukrayna Konqress komitəsinin prezidenti, Özbək Amerika assosiyasının prezidenti, Qırğızıstan Cəmiyyətinin rəhbəri, diaspor nümayəndələri və soydaşlarımız iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Mehriban Məmmədova ölkəmizin müstəqillik tarixi, üçrəngli bayrağımızın 100 illik tarixi haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Himninin sədaları altında Azərbaycan Bayrağı dalğalandı, ilk dəfə olaraq, ABŞ-da Çikaqo şəhərində iri ölçüdə Milli bayrağımızın dalğalanması çox qürürvericidir və bu tarixi, əlamətdar bir gündür.
Tədbirin sonunda rəsmi qonaqlara təşəkkür sertifikatları təqdim edildi və Azərbaycan bayrağının önündə xatirə şəkilləri çəkildi.

Mövzu
Oxşar xəbərlər

Milli bayrağımız ABŞ-da da dalğalandı

13 Noyabr 2018

By
@
backtotop