Azərbaycanın Ukraynadakı səfirindən “Qarabağ” futbol klubuna dəstək ziyarəti

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltavadakı fəxri konsulu Elşən Vəliyev “Qarabağ” futbol klubuna dəstək olmaq üçün komandamızın açıq məşqini izləyiblər. Aleksey Butovski adına stadionda təşkil olunmuş açıq məşq zamanı “Qarabağ” klubunun direktoru Əmrah Çelikəl üzərində Azər Xudiyevin və Elşən Vəliyevin adları yazılan komandanın formalarını onlara bağışlayıb.
Səfir A.Xudiyev Azərbaycan və yerli jurnalistlərə açıqlamasında “Qarabağ”ın çətin səfər oyunundan qalib gələcəyinə inandığını bildirib. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda uğurla təmsil etdiyini deyən diplomat oyunda soydaşlarımızın komandamızı fəal şəkildə dəstəkləyəcəklərini vurğulayıb.
Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:00-də başlanacaq.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

08 Noyabr 2018

By
@
backtotop