Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Noyabrın 7-də ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan və Amerikanın təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərinin Downtown Boston Hilton Hotelində Azərbaycan Respublikasının Bayraq Günü münasibətilə tədbir keçirilmişdir.
Amerikanın Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, hazırki bayraq tədbirinin ADR-in 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər chərçivəsində növbəti tədbir olduğunu qeyd etdi, tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına təşəkkürünü bildirdi.
Müsəlman şərqində ilk demokratik respublika – Azərbaycan Demokratik Respublikasının mirası olan bayrağın 100 il öncə cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından bəhs edən səfir Süleymanov, Azərbaycanın müstəqillik qazanmasından sonra bir daha onun ölkəmizin rəmzinə çevrilməsini qeyd etdi. Səfir çıxışında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımları xüsusi vurğuladı. Hazırda Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu forumun Prezident Əliyevin innovasiya siyasətinin uğuru olduğunu qeyd etdi və bu günlərdə İnnovasiya Agentliyinin təsis edilməsinin onun innovasiya sahəsinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırdı.

Daha sonra Azərbaycan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək, Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlar, startap ekosisteminin inkişafı üzrə görülən işlər, aparılan islahatlar barəsində danışdı.

Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək bayraq gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs etdi.

Qeyd etmek lazimdir ki, eyni gündə Azərbaycandan səfər etmiş geniştərkibli nümayəndə heyətinin iştirakı ilə birinci ABŞ-XƏZƏR İnnovasiya Forumu keçirilmişdir.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

08 Noyabr 2018

By
@
backtotop