Əhməd Şahidov Qaxın gürcü icmasının Bazar günü ibadətində iştirak edib

Əslən Qax rayonundan olan hüquq müdafiəçisi, Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidovötən gün Qax rayonunda səfərdə olarkən, Qaxbaş kəndində yerləşən gürcü kilsəsini ziyarət edib. Rayonda yaşayan gürcü vətəndaşların Bazar günü ibadətində iştirak edən hüquq müdafiəçisi onların gündəlik qayğıları ilə maraqlanıb, din və inanc azadlığının vəziyyəti ilə yaxından tanış olub və sakinlərin suallarını cavablandırıb.

Əhməd Şahidovun kilsəyə gəlişini böyük maraq və sevinclə qarşılayan Qaxın gürcü sakinləri bu diqqət və qayğıya görə, ona dərin təşəkkürlərini bildiriblər. Azərbaycanın bərabər hüquqlu vətəndaşları olaraq, hər zaman bütün hüquq və azadlıqlardan sərbəst şəkildə istifadə etdiklərini deyən gürcü sakinlər yaradılan bu şəraitə görə, ölkə başçısı Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mövzu
Oxşar xəbərlər

Əhməd Şahidov Qaxın gürcü icmasının Bazar günü ibadətində iştirak edib

05 Noyabr 2018

By
@
backtotop