Aprel döyüşlərindən bəhs edən filmin təqdimatı olub

Aprel döyüşlərindən bəhs edən filmin təqdimatı olub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan və 2016-ci il aprel döyüşlərindən bəhs edən filmin təqdimatı keçirilib. Film aprel döyüşlərinin müstəqil Azərbaycan Respublikasının hərb tarixindəki yerindən və bu döyülərdə şəhid olmuş Mahir Quliyevin şərəfli döyüş yolundan bəhs edir.

Filmin ssenarisində erməni işğalının əsl mahiyyəti və Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi məsələlər də öz əksini tapıb. Film haqqında məlumat verən layihə rəhbəri Samir Şahbazov aprel döyüşlərinin Azərbaycan ordusunun döyüş səlnaməsinə qızıl hərflərlə yazıldığını qeyd edərək, onu işğal altında olan Vətən torpaqlarının azad olunmasının başlanğıcı kimi təqdim edib.

Təqdimatlara çıxış edən “Azxeber.com” İnformasiya Portalının təsisçiləri Hacıbəy Heydərli, Əfsələddin Ağalarov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, “Aktual.az” ” İnformasiya Portalının baş redaktoru Azər Niftiyev, TGT sədri Tamerlan Əkbərov, Aprel döyüşü şəhidi Cabbarxan Hacıağayevin ailə üzvü Nəzərbəy Hacıağayev və başqaları isə bu döyüşlərin hərbi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti ilə bərabər, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm bir hadisə olduğunu da xüsusi olaraq vurğulayıblar.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

Aprel döyüşlərindən bəhs edən filmin təqdimatı olub

18 Oktyabr 2018

By
@
backtotop