Toğrul Allahverdili: “Hər birimiz Azərbaycanın təbliğatçısı, sülh elçisi olmalıyıq”

AZXEBER.COM-un “Gənc elçi” rubrikasını bu dəfəki qonağı Rusiya Dövlət Turizm və Servis universitetində Hüquqşünaslıq fakultəsinin tələbəsi, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri, eyni zamanda Ümumrusiya Azərbaycan konqresinin üzvü Toğrul Allahverdilidir.

– Toğrul, Rusiyada yaşayan və təhsil alan ən aktiv gənclərimizdən birisən. Mümkünsə ilk olaraq özün haqda oxucularımıza məlumat verərdin.

– Bakı şəhərində anadan olmuşam orta təhsilimi Nəsimi Rayon 247 saylı orta məktəbdə almışam. Məktəbi bitirdikdən sonra indi fəaliyyəti dayandırılmış ABU-da ali təhsil almışam. Azərbaycan Silahlı qüvvələrində xidmət etdikdən sonra yaşamaq və təhsilimi davam etmək üçün Rusiya paytaxtına köçmüşəm. Hazırda Rusiya Dövlət Turizm və Servis universitetində Hüquqşünaslıq fakultəsinin tələbəsiyəm.

– Necə oldu ki, Rusiyada oxumaq qərarına gəldin? Rus təhsilinin Azərbaycan təhsili ilə nə kimi ortaq və fərqli cəhətləri var?

– Hər birimizin bildiyi kimi Azərbaycan 70 il Rus Sovet rejiminin əsarətinə olub ona görə də təhsil sistemimizdə oxşar cəhətlər var. Ancaq mən bu gün əminliklə deyə bilərəm ki, Azərbaycanın təhsil sistemi Rusiyadan qat-qat öndədir. Azərbaycanda bu gün təmirsiz məktəb, universitet tapmaq mümkün deyil ancaq bunu Rusiya üçün demək mümkün deyil. Rusiya təhsil ocaqlarının yeganə müsbət cəhəti tələbə yataqxanalarının olmasıdır.

– Rusiyada həmçinin ictimai fəaliyyətlə də məşğulsan, nə kimi işlər görürsüz?

– Bildiyiniz kimi mən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri, eyni zamanda Ümumrusiya Azərbaycan konqresinin üzvüyəm. Əsas məqsədimiz Azərbaycan və slavyan gəncləri arasına dostluq qurmaq, Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini Slavyan gənclərinə təbliğ etməkdir. Heydər Əliyev Fondunun vitse prezidenti RAGT rəhbəri Leyla xanım Əliyevanın Rusiyadakı gördüyü işlər hər bir Azərbaycan gəncinə örnəkdir. Rusiyanın ən böyük Gənclər birliyi olan Rusiyanın Azərbaycanlı Gənclər təşkilatı Rusiyanın hər bir universitetində Azərbaycan klubları təsis edir, universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin gündəlik problemləri ilə yaxından məşqul olurlar.

Biz də ASGA Rusiya nümayəndəliyi olaraq bir sıra tədbirlər həyata keçirmişik 18 oktyabr müstəqillik günü münasibətilə Azərbaycan dövlət müstəqilliyi və Heydər Əliyev mövzusunda yazı müsabiqəsi həyata keçirdik, bu böyük bir layihə oldu. Bundan əlavə ASGA-nın internet üzərindən keçirdiyi sorğu nəticəsində İlin Səfiri mükafatının qalibi müəyyən olundu. Sevindirici haldır ki, Rusiyadakı baş diplomatımız Polad Bülbüloğlu ilin səfiri adına layiq görüldü. Bildirmək istəyirəm ki, Azərbaycanın Rusiyadakı səfirliyinin bütün əməkdaşları biz gənclərin dostudur. Cənab Səfir başda olmaqla Səfirin birinci müavini Gənclərin dostu Qüdsi Osmanova biz gənclərə verdikləri dəstəyə görə təşəkkür edirəm. ASGA Rusiya nümayəndəliyi olaraq yeni yaransaq da çox uğurlara imza atmışıq. Azərbaycan mətbəxinin Moskvada keçirilən sərgidə təbliğ etmişik və şəhər rəhbərliyinin fəxri fərman və diplomuna layiq görülmüşükr. Ən uğurlu layihələrimizdən biri Ümumrusiya Azərbaycan konqresinin dəstəyi ilə ASGA və Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun birgə təşkilatçılığı ilə ayda bir dəfə Moskvanın ayrı-ayrı məktəblərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsidir. Qeyd etdiyim kimi bu layihəyə Ümumrusiya Azərbaycan konqresi dəstək verir . ÜAK-dan söz düşmüşkən bildirmək istəyirəm ki, Azərbaycan konqresi biz gənclərin sevimli evinə çevrilib. Daim Ümumrusiya Azərbaycan konqresinin dəstəyini hiss edirik, bu gün bu şəraiti bizə yaratdığı üçün ÜAK ın icracı direktoru İlqar Hacıyevə təşəkkür edirəm

-Toğrul, təhsilini başa vurandan sonra Azərbaycana qayıtmaq fikrin var?

– Bu sualı siz mənə 10 il oncə versəydiniz bəlkə də fikirləşib cavab verərdim ancaq indi tam əminliklə deyirəm ki, bəli vətənə geri dönmək arzum var. Azərbaycan dövlətinin gənclərə yaratdığı şərait, gənclər siyasətinin uğurla davam etdirilməsi ölkə rəhbərinin gənclərə son vaxtlar göstərdiyi etimad bundan xəbər verir. Harada olduğumuzdan asılı olmayaraq hər birimiz Azərbaycanın təbliğatçısı, mədəniyyət sülh elçisi olmalıyıq.

– Bir az da azərbaycanlı oğlanlar üçün hər zaman aktual olan mövzudan – rus qızlarından danışaq. Səncə rus qızları nəyə görə azərbaycanlılara daha çox meyl edir?

-Çox maraqlı sualdır. Bilirsiniz, Azərbaycan kişisini başqa millətlərdən fərqləndirən başlıca cəhət qeyrətli olmasıdır. Hər bir xanım istəyər ki, onu sevən əzizləyən, ən əsası isə Moskva kimi yerdə qoruyan biri olsun və bu bizdə var. Bu bizim Azərbaycan oğlanının qanında var. İkinci isə imkan və maliyyə məsələsini vurğulamaq istəyirəm. Acı da olsa belədir ki, burada zülmlə pul qazanan azərbaycanlı kişi bütün qazancını bir gecənin içində nataşalara xərcləyir. Bu acı həqiqət və sizin sualınızın cavabıdır.

– Rus qızlarıyla ailə həyatı quran həmyerlilərimizə necə baxırsan?

– Mən başqa millətlə ailə qurmağa qarşı deyiləm. (ermənilərdən başqa) Əksinə bunu müsbət qarşılayıram əsas deyil ki, Azərbaycan xanımı ilə ailə qurasan əsas odur ki qeyri-azərbaycanlı xanımla ailə qurub onu azərbaycanlı edəsən. Qaldı kı suala əminliklə deyə bilərəm ki, dünyada Azərbaycan xanımından gözəl xanım yoxdur. Dünyanın heç bir yerində ailə qurduğun şəxsə həyat yoldaşı deyə müraciət etmirlər, bu biz azərbaycanlıların ailəyə olan münasibətini göstərir. Mən artıq seçimimi etmişəm Azərbaycanlı xanımla ailə həyatı qurmuşam.

– Son olaraq nə demək istərdin…

– Sonda Rusiyada yaşayan Azərbaycanlılara müraciət etmək istəyirəm. Əziz diaspor təşkilatlarının nümayəndələri və rəhbərləri! Bir olmağın vaxtıdır! Hər birimiz Gənclər olaraq Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin ətrafında sıx birləşib əməkdaşlıq etməliyik. Biz bir olduqca heç bir yad qüvvələr bizə mane ola bilməzlər, bizim birliyimiz günümüzdür.

Hacıbəy Heydərli,
AZXEBER.COM

10 Fevral 2015

By
@
backtotop