Toğrul Zeynalov: Diaspor təşkilatlarının fəaliyyətlərinin operativ əlaqələndirilməsi olduqca önəmlidir

Fransada yaşayan azərbaycanlıların bir araya gələrək sıx birləşmələri, diaspor təşkilatlarımızın fəaliyyətlərinin operativ əlaqələndirilməsi istiqamətində bütün səylərimi sərf edəcəyəm.

Bu fikri yeni təsis olunmuş Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov AZƏRTAC-a müsahibəsində bildirib.

Koordinasiya Şurasının əlaqələndiricisi diaspor təşkilatlarının fəaliyyətlərinin genişlənməsinə və möhkəmlənməsinə töhfə verməyə çalışacağını, Fransada fəaliyyət göstərən diaspor təşkilatlarımıza dəstək olacağını söyləyib.

“İcma üzvlərimizi bir araya gətirən, tariximizi, dilimizi, mədəniyyətimizi təşviq edən layihələrə daim təkan verəcəyik. Mən hər bir fikrimi “biz” deyə bildirdim. Çünki diaspor üçün artıq “mən” sözü yoxdur. Biz bir yumruq kimi birləşib üzərimizə düşən məsuliyyətin öhdəsindən gəlməliyik”, – deyə T. Zeynalov vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Oktyabr 2018

By
@
backtotop