Gürcüstan azərbaycanlıları 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə çox sayda elm, mədəniyyət və təhsil işçiləri, gənclər, rəsmi şəxslər, şəhidlərin yaxınları, KİV nümayəndələri iştirak edib.

Tədbirdən əvvəl Mərkəzin foyesində 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxış keçirilib, daha sonra isə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasiminə qatılanlar Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini ehtiramla yad edərək milli şüurun oyanmasında və milli ideologiyanın formalaşmasında 20 Yanvar faciəsinin dönüş nöqtəsinə çevrildiyini, müstəqillik tarixinə şanlı səhifə kimi daxil olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Samirə Ağayeva, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, Marneuli rayon Sakrebulosunun sədri Nəbi Abdullayev, şəhid Vəfadar Eminovun qohumu Arif Məmmədov, Tbilisi Texniki Universitetinin professoru Emilya Allahverdiyeva, ziyalı Vidadi Məmmədrzayev, Ukrayna-Gürcüstan Beynəlxalq Elmi-Tədris İnstitutunun prorektoru, professor Mahmud Hacıxəlilov və başqaları çıxış edərək Sovet ordusunun Azərbaycanda törətdiyi 20 Yanvar, Gürcüstanda isə 9 Aprel hadisələrini müqayisə edərək bu tarixlərin hər iki xalqın müstəqilliyə gedən yolda xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Çıxışlardan sonra 20 Yanvar hadisələrinə dair hazırladığı sənədli filmi nümayiş etdirilib.

10 Fevral 2015

By
@
backtotop