Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi önündə aksiya keçirdilər

Bugün Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. “İslahatçı Gənclər” İctimai Birliyi və Polşa Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə baş tutan aksiyada Ermənistanın işğalçılıq siyasətinə etiraz olunub. Aksiya iştirakçıları olan gənclər Azərbaycan və İngilis dillərində “Xocalıya Ədalət”, “Girovlarımızı azad et”, “Torpaqlarımızdan geri çəkil” deyə şüarlar səsləndiriblər.
Aksiyada çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, aksiyanın keçirilməsinə məqsəd Polşa və ümumilikdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməkdir. O, Ermənistanın 27 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxladığını, mülki vətəndaşlarımıza qarşı dövlət səviyyəsində terror siyasəti apardığını deyib. F.Şahbazlı vurğulayıb ki, öz ata-babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir ki, erməni girovluğundadır və ağır işgəncələrə məruz qalır.
Birlik sədri eyni zamanda qeyd edib ki, 2 yaşlı Zəhranın timsalında onlarla azərbaycanlı mülki və günahsız şəxs Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olub: “Ancaq beynəlxalq birlik hələ də bu baş verənlərə susur. Biz dünya ictimaiyyətindən Ermənistanın təcavüzkar və terrorçu siyasətinə dur deməsini tələb edirik”.
Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın yeni baş naziri təxribatçı xislətli Nikol Paşinyanın son sərsəmləmələri bir daha sübut etdiki, terrorçuluq və işğalçılıq Ermənistanda dövlət siyasətidir: “Azərbaycanın güclü və qüdrətli ordusu var. Biz Azərbaycanlı gənclər daima Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyirik”.
Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov isə bildirib ki, Ermənistanın təcavüzkar siyasətinin, mülki şəxslərə qarşı həyata keçirdiyi insanlığa sığmayan siyasətin durdurulması üçün Avropada müxtəlif istiqamətli aksiyalar davam etdiriləcək.
Polşa polisi Ermənistan səfirliyinin çağırışı ilə aksiyanın qarşısını almağa gəlsə də, sonradan polislərə aksiyanın məqsədi, Ermənistanın mülki şəxslərə qarşı etdiyi vəhşiliklər, Xocalı soyqrımı barəsində məlumat verildikdən sonra onlar aksiyanın baş tutmasına mane olmayıblar.

Mövzu
Oxşar xəbərlər

Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi önündə aksiya keçirdilər

24 Sentyabr 2018

By
@
backtotop