Nyu-Yorkdakı Azərbaycan icması 20 Yanvar qurbanlarının xatirəsini anıb

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamın 25-ci ildönümü Nyu-Yorkdakı “Azərbaycan Evi”ndə anılıb. Azərbaycan Amerika Qadınlar Assosiasiyasının təşkil etdiyi anım günündə hərbi təcavüz zamanı Bakının küçə və meydanlarına çıxaraq etiraz edən və həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycanın himni səsləndirilib.

Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova 1990-ci ildə Sovet ordusunun Azərbaycana hərbi təcavüzü haqqında məlumat verərək, dinc əhaliyə atəş açılmasını və nəticədə yüzlərlə insanın həlak olmasını, yaralanmasını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib. Diaspor rəhbəri beynəlxalq ictimaiyyəti bu cinayət barədə məlumatlandırmağın vacibliyindən danışıb. O, həmçinin aradan 25 il keçsə də, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin unudulmayacağını bildirib. Çıxışının sonunda Münəvvər Vahabova Azərbaycan xalqının tarixində önəmli yeri olan belə bir gündə bir araya gəldiyi üçün Nyu-Yorkdakı Azəbaycan və Türk icmasına təşəkkür edib.

Tədbirdə 1990-cı ilin qanlı hadisələrindən bəhs edən “Qara Yanvar” sənədli filmi nümayiş etdirilib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 Fevral 2015

By
@
backtotop