Çexiyanın Karlova Universitetinin nümayəndə heyəti BDU-da olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik mübadilədə iştirak etdiyini diqqətə çatdırıb. Rektor, eyni zamanda, keçən il Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbənin ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olduqlarını da xatırladıb.

Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Ziman rəhbərlik etdiyi fakültə haqqında danışıb. Məlum olub ki, 29 şöbəsi, 3 muzeyi və böyük botanika bağı olan Təbiət elmləri üzrə fakültə 1920-ci ildə yaranıb.

Görüşdə həmçinin BDU-nun Kimya və Biologiya fakültələri ilə Karlova Universitetin Təbiət elmləri fakültəsi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlərdən də bəhs edilib.

Görüşdən sonra qonaqlar universitetin Nano araşdırmaları laboratoriyasında və Təkamül muzeyində olublar.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Sentyabr 2018

By
@
backtotop