Almaniyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçiriləcək

Avropa Demokratiyaya Dəstək Alyansının növbəti toplantısı keçirilib. Toplantıda Almaniyanın Nürnberg şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar aksiya keçiriləcəyi barədə qərar qəbul olunub. Bu barədə məlumat Alyansın rəsmi Facebook səhifəsində verilib: “Bu gün Avropa Demokratiyaya Dəstək Alyansının İdarə Heyətinin növbəti toplantısı keçirildi. Qarşıdakı planlar barədə müzakirələr apardıq. Fevral ayının 26-sı Nürnberg şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiyanın keçirilməsi barədə qərar qəbul olundu. ADDA olaraq Nürnberg və ətraf bölgələrdə yaşayan soydaşlarımızın həmin aksiyada iştirakını arzu edirik”.

10 Fevral 2015

By
@
backtotop