Xocalıda hər iki valideynini itirən xanımlar Yay düşərgəsində

Diaspor Gənclərinin I Yay Düşərgəsində sözün həqiqi mənasında yaddaqalan görüşlərdən biri Xocalı soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə olub. Diaspor gənclərinin görüşünə gələn Xocalı sakinləri dəhşətli həyat hekayələrini diaspor gəncləri üçün yenidən dilə gətiriblər. Hər iki valideynini Xocalıda itirən Yasəmən Həsənova, Əfsanə Əkbərova, Həmayıl Xəlilova və Vəsilə Məhərrəmova müharibənin dəhşətlərindən, yaşadıqları həyatın çətinliklərindən danışıb, müharibə və sülh haqqında düşüncələrini bölüşüblər. Görüş əvvəlcə müharibə qurbanlarının çıxışları ilə müşaiyət olunsa da, daha sonra debat xarakteri alıb və diaspor gənclərinin sualları cavablandırılıb. Gənclər soyqırım zamanı ata-analarını itirən, dəhşətli həyat yaşayan, itkilərin ağrılarını bu gün də ürəklərində daşıyan qadınlara müxtəlif suallar verib, onların düşüncələri ilə maraqlanıblar. Torpaqlarımızın işğalı, humanitar fəlakət və müharibənin digər ağrılı məqamlarının beynəlxalq ictimaiyyətə çatdırılmasının yolları barədə fikir mübadiləsi aparılıb. Diaspor gəncləri Xocalı faciəsinin iştirakçılarının bu günkü fəaliyyətini, dözümlülüyünü və informasiya müharibəsinin fəal iştirakçısına çevrilmələrini təqdir edib, onlara olan ehtiramlarını alqışlarla ifadə ediblər. Görüşdə Qarabağ müharibəsinin qurbanları yad edilib. Gənclər müharibənin dəhşətləri ilə bağlı informasiya daşıyıcısı olan Xocalı sakinləri ilə yeni görüşlərin də ümidində olduqlarını bildiriblər.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

24 Avqust 2018

By
@
backtotop