Rusiya azərbaycanlıları şəhidlərin xatirəsini yad ediblər

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsinin təşəbbüsü ilə Stavropol vilayətində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə ÜAK-ın Stavropol bölməsinin nümayəndələri, Rusiya Azərbaycan Gənclər Təşkilatının təmsilçiləri, tələbələr və bazar günü məktəbinin şagirdləri iştirak edib.

ÜAK-ın Stavrapol vilayəti üzrə regional bölməsinin sədri Fəxrəddin Yarıyev 1990-cı il yanvarın 19-20-də Bakıda baş verən qanlı hadisələr haqqında iştirakçılara məlumat verib. O, bildirib ki, Sovet ordusunun Azərbaycana, xüsusilə də Bakıya hərbi təcavüzü yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnib: “Azərbaycanın azadlığı uğrunda həyatını qurban vermiş şəhidlər 20 Yanvar tarixini Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Bu tarix və şəhidlərimiz heç vaxt unudulmayacaq və qəlbimizdə əbədi yaşayacaq!” Hadisədən 25 il keçsə Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız tərəfindən hörmət və ehtiramla anıldığını deyən diaspor rəhbəri şəhidlərin xatirəsinin bundan sonra da əziz tutulacağını vurğulayıb. F.Yarıyev 25 il əvvəl baş vermiş hadisələr və onların nəticələri ilə bağlı məlumatların gənclərə ötürülməsini vacib hesab etdiyini deyib. Tədbirdə çıxış edən qonaqlar da Azərbaycanın milli müstəqilliyi uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.
Sonda şəhidlərin ruhuna dualar oxunub.

10 Fevral 2015

By
@
backtotop