XİN: Azərbaycan qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir.
Ölkəmiz Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: “Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarını davam etdirən Azərbaycan qardaş ölkənin iqtisadiyyatında yaxından iştirakını artırmaqdadır.
Azərbaycan Türkiyənin son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda qardaş ölkənin və regionun iqtisadiyyatına, təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyinə və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.
Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək”.

Mövzu
Oxşar xəbərlər

XİN: Azərbaycan qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək

13 Avqust 2018

By
@
backtotop