Əskişəhərdə 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Əskişəhər Azərbaycanlılar Dərnəyi Özdilək Mədəniyyət Mərkəzində konfrans təşkil edib. 20 Yanvar və bütün Türk dünyasının şəhidləri üçün bir dəqiqəlik sükutdan sonra konfransda Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycanın Dövlət himni oxunub.

Giriş sözü ilə çıxış edən Əskişəhər Valisinin müavini Həmdi Bilge Aktaş Azərbaycanın müstəqilliyi uğrunda yüzlərlə şəhid vermiş azərbaycanlıların dərdinə şərik olduqlarını və şəhidləri ehtiramla yad etdiklərini deyib.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin dəvəti ilə konfransa qatılan “Vətən çağırır” jurnalının Baş redaktoru, Qarabağ şəhidləri haqqında 20-dən artıq kitabın müəllifi Gülsüm Adilqızı Azərbaycanın öz müstəqilliyinə qovuşduğu həmin tarixi qürur günü adlandırıb.

20 Yanvar faciəsinə həsr olunmuş konfransda ilk söz alan Orxan Ulfanov öz çıxışını daha çox tarixi faktlar üzərində quraraq bu hadisələrin kökünün daha dərinlərdə olduğunu qeyd edib. O, tarixən Azərbaycan əraziləri ilə bağlı gedən oyunlar, 200 illik erməni məsələsi, Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının bölünməsi kimi məsələlərə toxunub.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin həmsədri Sirac Yaquboğlu isə bildirib ki, 1984-ci ildə erməni lobbisinin Sovet İttifaqından Qarabağın Ermənistana birləşdirilməsi tələbi və Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosundan uzaqlaşdırlması istiqamətindəki cəhdləri əslində 20 Yanvar faciəsinin xəbərçisi idi. S.Yaquboğlu 1990-cı ilin yanvarında Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və 20 Yanvarda baş verən qanlı hadisələr barədə geniş çıxış edib.

Konfransda Azərbaycan icmasının üzvləri ilə yanaşı çox sayda yerli ziyalılar, siyasi partiya təmsilçiləri və KİV nümayəndələri iştirak edib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 Fevral 2015

By
@
backtotop