İsraildə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

Qüds bələdiyyəsinin “İcma evi”ndə Bakıda 1990-cı il Qara Yanvar hadisələrinə həsr edilmiş tədbir keçirilib. Tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.

Azİz Assosiasiyası bu faciəli tarixi hər il qeyd edir və şübhəsiz ki, faciənin 25 illiyi də istisna olmadı.

Tədbir çərçivəsində zalda Boris Dobinin Bakıda həmin müdhiş günlərdə baş verən dəhşəti hadisələri əks edən fotosərgi nümayiş olunub.

Zalda əyləşənlər sırasında təkcə Azərbaycandan deyil, keçmiş SSRİ-nin digər respublikalarından da nümayəndələr olub. Matəm tədbirini açan Azİz Assosiasiyasının baş direktoru Lev Spivak İsrail Knessetinin deputatı, assosiasiyanın prezidenti Aleks Millerin kədər dolu sözlərini çatdırıb və 1990-cı ildə Azərbaycanın paytaxtında baş verənlərdən danışıb.

O illərin nə radiosu, nə televiziyası, nə də qəzetləri dünya ictimaiyyətinə 150-yə yaxın adamın öldürüldüyü qanlı qırğın haqqında məlumat verməyib. Odur ki, hətta bu gün, hadisənin üstündən 25 il keçdikdən sonra da çoxları üçün Lev Spivakın – bu hadisələrin şahidinin söylədikləri əsl yenilik oldu.

Şair Şabtay Aqarunov da həmin hadisələrin şahidi olduğundan, şəhərdə hökm sürən ağlasığmaz xaos, insanları və avtomobilləri əzən tanklar haqqında söylədikləri şeirlərindən heç də az təsirli səslənmədi. Ş.Aqarunovun bu axşam üçün seçdiyi bütün əsərlər Azərbaycan dilində yazılmışdı. Bu şeirlərdə o, Qara Yanvar günlərində, Qarabağ müharibəsində həlak olanları tərənnüm edir, xalqımızın mərdliyindən, Azərbaycan Respublikasının əbədi gözəlliyindən danışır.

Gecədə öz xatirələrini bölüşməyi arzu edənlər çox idi. Həmin hadisələrdə faciəli həlak olmuş, Binə qəsəbəsində adlarına küçə və yerli təcili yardım stansiyası olan yəhudilər Yan Meyeroviçin, Vera Besantinanın, Aleksandr Marxevkanın adları onların İsraildə yaşayan qohumları tərəfindən səmimilik və ürək ağrısı ilə xatırlanıb. Aleksandr Aqranovski, Şaul Siman-Tov, Vilen Yakubov və başqaları həmin dəhşətli hadisələr haqqında xatirələrini bölüşüblər.

Tədbirin sonunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

10 Fevral 2015

By
@
backtotop