Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in ən yaxşı mərhələsi hesab olunub

04 Avqust 2018

2018-ci il Formula 1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

Trend-in məlumatına görə, bu, Formula 1-in “Twitter” səhifəsində keçirilmiş səsvermə nəticəsində məlum olub.

Səs verənlərin 62 faizi Azərbaycan Qran Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran Prisi tutub.

By
@
backtotop