Sankt-Peterburqda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu, “Naxçıvan”Azərbaycanın Dostları Cəmiyyəti İctimai Təşkilatının, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycan Gənclər Təşkilatının (RAGT) regional bölmələri tərəfindən təşkil edilib.

Rəsmi hissə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Elşad Qulamov 20 Yanvar faciəsinin tarixindən danışıb. Diplomat vurğulayıb ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qırmadı, əksinə onun müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsini daha da gücləndirdi. SSRİ silahlı qüvvələrindən növbəti dəfə öz xalqına qarşı istifadə olunması nəticəsində 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı faciə totalitar rejimin xalqa zidd xarakterini göstərdi.

Elşad Qulamov xüsusi vurğulayıb ki, qanlı hadisələrin növbəti günü Moskvada olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və Bakıya qoşun yeridilməsini kəskin pisləyib, sovet rəhbərliyinin cinayət əməlini ifşa edib.

Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov isə qeyd edib ki, kommunist rəhbərliyi dinc, günahsız insanlara qarşı görünməmiş terror kampaniyası həyata keçirib. Sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc sakinlərə divan tutulub, təqsirsiz insanlar vəhşicəsinə öldürülüb.

“Naxçıvan” İctimai Təşkilatının sədri İdris Qəhrəmanov da öz çıxışında SSRİ hökumətinin erməni ekstremistlərinə göz yuman, azərbaycanlıların Ermənistandan zorla deportasiyasına təşəbbüs edən, Azərbaycan xalqında narazılıq və etiraz doğuran, sonra isə etiraza cavab olaraq Bakıya ordu göndərərək dinc sakinləri kütləvi qırmaq siyasətini tənqid edib.

ÜAK-ın Leninqrad vilayəti regional bölməsinin rəhbəri Mirtofiq Qasımov çıxışında qeyd edib ki, faciəli hadisələr Vətəndən kənarda olan azərbaycanlıların qəlbində hər zaman yaşayacaq, 20 Yanvar faciəsini törədən cinayətkarlar isə tez ya gec layiqli cəzalarına çatacaqlar.

Sonra Rusiya Federasiyasının fəxri hüquqşünası Tofiq Sultanov və hüquqşünas Xaqani Əliyev çıxış edərək yanvar hadisələrini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər.

Tədbirdə Türkiyənin Sankt-Peterburqda Baş konsulu Kazım Çavuşoğlu, ictimaiyyət nümayəndələri, müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Sankt-Peterburqun ali məktəblərində oxuyan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Yanvar faciəsinə həsr edilmiş fotomateriallar və sənədli film nümayiş etdirilib.

10 Fevral 2015

By
@
backtotop