Gəncədə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumunun vaxtı məlum olub

Bu il Gəncə şəhərində keçiriləcək Azərbaycan-Rusiya regionlararası Forumunun vaxtı məlum olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan Biznes Şurasının iclasında çıxışında məlumat verib. O, Gəncədə keçiriləcək IX Rusiya-Azərbaycan Regionlararası Forumunun sentyabrın 21-də təşkil olunacağını söyləyib.

M. Oreşkin bu ilin sonuna kimi Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini də qeyd edib: “Bildiyiniz kimi, hökumətlərarası komissiyaya Rusiya tərəfdən həmsədr təyin olunmuşam. Komissiya olaraq da iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün işləyəcəyik”.

Mövzu
Oxşar xəbərlər

Gəncədə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumunun vaxtı məlum olub

17 İyul 2018

By
@
backtotop