Mehmet Akarca: “Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı”

“Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı”.

APA-nın məlumatına görə, bunu İstanbulda 15 iyul dövlət çevrilişinə cəhd hadisələrinin ikinci ildönümünə həsr edilən brifinqdə Türkiyə prezidentinin baş sözçüsü, Türkiyə Baş Nazirliyinin Mətbuat və İnformasiya Baş İdarəsinin müdiri Mehmet Akarca deyib.

O bildirib ki, Azərbaycan FETÖ ilə mübarizəyə ilk başlayan ölkələrdən biridir: “Hesab edirəm ki, qardaş Azərbaycanda artıq FETÖ təşkilatlanması tamamilə sıradan çıxarılıb. Dost Azərbaycanın FETÖ terror təşkilatı ilə mübarizəsi yetərli qədər effektiv olub. Yaşadığımız hadisələrdə Azərbaycanı hər zaman yanımızda gördük. Təbii ki, başqa cür də ola bilməzdi. Çünki biz dost və qardaş ölkəyik. Türkiyə və Azərbaycanın dostları və düşmənləri eynidir”.

M. Akarca bildirib ki, Türkiyədə FETÖ işi ilə bağlı həbslər davam edir: “Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən bəzi FETÖ-çular ömürlük həbs cəzasına məhkum edilib. Hazırda bu istiqamətdə məhkəmə prosesləri davam edir. Günahı olanlar mütləq cəzalarına çatacaqlar. Türkiyə xalqı demokratiyaya sahib çıxmaq üçün prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində 2016-cı ilin 15 iyulunda ikinci qurtuluş savaşını aparıb. Bu savaşda 251 şəhid vermişik. Əgər bu xain plan baş tutsaydı, həmin qüvvələr Türkiyəni parçalamaq üçün fəaliyyətə başlayacaqdılar. Ancaq türk xalqı demokratiyaya sahib çıxaraq, bu planların həyata keçirilməsinin qarşısını aldı”.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

14 İyul 2018

By
@
backtotop