Fuad Muradov: “Bizim qapımız bütün azərbaycanlılara açıqdır”

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü ilə bağlı tədbirlər keçirilib.

APA-nın məlumatına görə, əvvəlcə komitənin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Sonra komitədə xaricdəki Azərbaycan diaspor rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir başlayıb.

Komitə sədri Fuad Muradov çıxış edərək diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib: “Bu gün burada diaspor nümayəndələrini görmək sevindiricidir. 16 il əvvəl dünyadakı azərbaycanlıların həmişə səsinə səs verən ulu öndər Heydər Əliyev tərəfindən bu komitənin yaradılması dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub. İki ay yarım əvvəl cənab prezidentin müvafiq sərəncamı ilə komitənin rəhbəri dəyişdi və bu müddət ərzində fəaliyyətimizdə bir sıra islahatlar apardıq. Çalışdıq, hər kəsi nəzərə alaq. Əgər kimsə diqqətdən kənarda qalıbsa, xahiş edirik ki, yeni istiqamətin formalaşmasını nəzərə alıb, gələcəkdə məsləhətlərini bizdən əsirgəməsinlər”.

F. Muradov iki ay yarım ərzində görülən işlərin, səfərlərin və xaricdəki azərbaycanlılarla görüşlərin hesabatını verib. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib: “Bizim əsas məqsədimiz odur ki, dünyadakı bütün azərbaycanlıları birləşdirək. İndi kimsə fikirləşə bilər ki, gənc komitə sədridir, danışır, hər təzə gələn belə danışır və sair… Amma belə deyil. Komitəmizin fəaliyyətində olan yenilik bunu sübut edəcək. Bizim qapımız bütün azərbaycanlılara açıqdır. Diaspor rəhbərlərimiz çox uğurlu fəaliyyət göstərirlər və cənab prezidentimiz də bunu daim qiymətləndirir”.

Sonra dövlət başçısının müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medalları təqdim olunub. Komitənin yeni loqosunun, yenilənmiş saytının, ilk dəfə yaradılan diaspor xəritəsinin təqdimatı keçirilib. Diaspor xəritəsinə daxil olaraq dünyadakı Azərbaycan diaspor təşkilatları barədə məlumat öyrənmək mümkün olacaq. Diasporla İş üzrə Dövlət Komitəsi Komitəsinin himni də hazırlanıb.

Sonda bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videorolik hazırlanır. Tədbir zamanı onların bir neçəsi nümayiş olunub.

Mövzu
Oxşar xəbərlər

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

07 İyul 2018

By
@
backtotop