İzmirdə Azərbaycan mədəniyyətinin təbliği müzakirə edilib

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri və İdarə Heyətinin üzvləri Qarabağlar Bələdiyyəsinin sədri Muhittin Selvitopu ilə görüşüb. Görüşdə Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması məqsədilə birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova Qarabağlar bələdiyyəsi ilə bu ilin may ayında ortaq mədəniyyət festivalı tədbirləri çərçivəsində reallaşdırılacaq “Qarabağda Qarabağ günləri” adlı layihəni M.Selvitopuna təqdim edib və layihə barədə fikir mübadiləsi aparılıb.

Qarabağlar Bələdiyyəsinin sədri M.Selvitopu isə öz növbəsində Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın bununla bağlı gördüyü işlərə dəstək verəcəklərini bildirib.

Belə bir festivalın İzmir şəhərində ilk dəfə təşkil ediləcəyini qeyd edən M.Selvitopu bu tip fəaliyyətlərin mədəniyyətlərarası dialoq baxımından əhəmiyyətli olduğunu deyib.

Sonda Qarabağlar bələdiyyəsinə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi diqqətə görə M.Selvitopuna təşəkkürünü bildirən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyin C.Əhmədova bələdiyyə sədrinə Qarabağ haqqında kitab da hədiyyə edib.

10 Fevral 2015

By
@
backtotop